Bütün xəbərlər
Güləşçimiz erməniyə qalib gəlib medal qazandı
Tarix: 27-02-2021 23:49 | Bölmə: Digər

                    Güləşçimiz erməniyə qalib gəlib medal qazandı


Sərbəst güləşçilərimiz Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda uğurla çıxış edirlər.
“Qafqazinfo” Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançımız Turan Bayramov Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib.
Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb.
Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib.
Qadınların mübarizəsində isə Türkan Nəsirova moldovalı Mariana Draqutana (Moldova) 12:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.


Baxış sayı: 293


Bölməyə aid digər xəbərlər