22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Britaniyalı müəllim dünyada Atlantik okeanını qayıqda üzüb keçən ən gənc qadın oldu
Tarix: 21-02-2021 03:11 | Bölmə: Digər

Britaniyalı müəllim dünyada Atlantik okeanını qayıqda üzüb keçən ən gənc qadın oldu

Jasmin Harrison

Britaniyalı üzgüçülük müəllimi Jasmin Harrison Atlantik okeanını qayıqla üzüb keçən ən gənc qadın olub.
Bu barədə “Report” 
“The Guardian”a istinadən xəbər verir.
Müəllimliklə eyni zamanda barda işləyən qız ötən ilin dekabr ayında Kanar adalarındakı La Gomeradan ayrıldıqdan sonra səyahətə başlayıb. Onun Antiquaya çatması 70 gün 3 saat 48 dəqiqə davam edib. Qeyd edək ki, Jasmin Harrisonun 21 yaşı var.
Harrisson qeyd edib ki, qayıqda 4 828 kilometr (3 000 mil) üzüb. Onun sözlərinə görə, səyahət "yaxşı və pis xatirələr"lə yadında qalacaq.
Qeyd edilir ki, müəllimə yolda bir sıra problemlərlə qarşılaşıb. Harrisonun qayığı fevralın əvvəlində çevrilib. İki gün əvvəl bu hadisə yenidən baş verib, buna görə də qızın dirsəyi xəsarət alıb.








Baxış sayı: 361


Bölməyə aid digər xəbərlər