22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Baharın on yeddi anı”nın generalı koronavirusdan öldü
Tarix: 29-01-2021 01:58 | Bölmə: Digər
                   

Rusiyanın məşhur kino aktyoru, SSRİ xalq artisti Vasili Lanovoy dünyasını dəyişib.
 
Modern.az xəbər verir ki, bu barədə “TASS”a aktyorun həyat yoldaşı İrina Kupçenko məlumat verib.
 
Yeni növ koronavirus infeksiyasına yoluxduğu üçün xəstəxanaya aparılan aktyor 87 yaşında vəfat edib.
 
Qeyd edək ki, Vasili Lanovoy kinoya hələ tələbə ikən, 1954cü ildə “Kamal attestatı” filminin qəhrəmanı Valentin Listovskin rolunu canlandırmaqla qədəm qoyub. Onun zahiri yaraşığı, istedadı rejissorların çox xoşuna gəlir.
 
“Polad necə bərkidi”də Pavel Korçagin, “Al yelkənlər”də Artur Qrey, “Həmkarlar”da Aleksey Maksimov, “Hərb və sülh”də Anatol Kuraqin rollarında çəkilir, məşhurlaşır. O, 1967ci ildə “Anna Karenina” filmində keçmiş həyat yoldaşı Tatyana Samoylova ilə tərəf müqabili olur. 1973cü ildə “Baharın on yeddi anı” telefilmində general Volf rolunu canlandırır.



Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər