Bütün xəbərlər
Berlin kafedral kilsəsində atışma olub
Tarix: 03-06-2018 20:15 | Bölmə: Digər

                  Bir polis yaralanıb

Bazar günü Berlin kafedral kilsəsində polis naməlum şəxsə atəş açıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Berliner Morgenpost” nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində bir polis yaralanıb. İnsidentin başqa təfərrüatları məlum deyil.
Berlin kafedral kilsəsi Almaniyanın ən böyük Yevangeliya məbədidir. O, 1894-1905-ci illərdə hakim Hohensollen sülaləsinin saray kilsəsi kimi inşa edilib.

                     




Baxış sayı: 671


Bölməyə aid digər xəbərlər