12:43 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiyanın Rusiyadakı səfirliyi ABŞ ilə təlimlərlə bağlı töhmət elan etdi
12:38 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Militarist Yaponiyanın cinayətlərinin ictimailəşdirilməsi üzərində işləməyə davam edirik
12:35 / 01-09-2026
FSB xəyanətdə ittiham olunan şəxsin həbsinin görüntülərini yayımlayıb
12:29 / 01-09-2026
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
12:26 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
12:22 / 01-09-2026
Çin təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün təkliflər irəli sürüb
12:20 / 01-09-2026
"Mash": Kanskda məktəbli qız müəllimlərə hücum etdi
12:17 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
12:14 / 01-09-2026
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
11:42 / 01-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər
22:02 / 31-08-2026
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
18:02 / 31-08-2026
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
17:57 / 31-08-2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
17:51 / 31-08-2026
Tramp: "İran rəsmi olaraq uğursuz bir dövlətə çevrilib"
17:46 / 31-08-2026
Rospotrebnadzor: Rusiya Asiya ölkələri ilə vahid sanitar qalxan qurur
17:39 / 31-08-2026
Kreml: Si və Putin bir-birinə etibar edir, danışıqlar çox konstruktiv keçdi
17:34 / 31-08-2026
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
16:50 / 31-08-2026
Polis rəqiblərini döyən iki kişini saxlayıb
16:46 / 31-08-2026
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
16:40 / 31-08-2026
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
16:35 / 31-08-2026
III Teofilos Putin və Zelenski ilə vasitəçi kimi görüşmək istəyini bildirdi
16:31 / 31-08-2026
24 yaşlı kişini qatar vuraraq öldürüb
16:26 / 31-08-2026
FT: Mask Ağ Evin təsdiqi ilə "Starlink" pilotsuz təyyarəsinin Rusiyaya zərbə endirməsinə icazə verir"
16:22 / 31-08-2026
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
16:19 / 31-08-2026
Polşa idmançıları Olimpiadadan kənarlaşdırıla bilər
16:16 / 31-08-2026
NTV: Kipr sahillərində batan bərənin kapitanı gəmini tərk edən ilk şəxslərdən biri olub
16:11 / 31-08-2026
Tordenin müdafiə heyəti hökmdən Finlandiya Ali Məhkəməsinə apelyasiya şikayəti verəcək
16:07 / 31-08-2026
Peskov: "Qərbin Rusiyaya qarşı təxribatları olub, var və davam edəcək"
16:05 / 31-08-2026
Putin ŞƏT Zirvə Görüşü üçün Qırğızıstana gəlib
15:54 / 31-08-2026
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
15:43 / 31-08-2026
Dron hücumu nəticəsində zərər çəkmiş evdən bir iti xilas etməyə kömək etdi
15:38 / 31-08-2026
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
15:35 / 31-08-2026
Bir kişi öz bağçasında tarixdəki ən böyük Viking dövrü gümüş xəzinəsi tapıb
18:27 / 30-08-2026
Təyyarələr eniş edə bilmədi
18:22 / 30-08-2026
Afrikalı həvəskar futbolçu vəfat edib
18:20 / 30-08-2026
Xilasedicilər Şkota adasında qalmış insanların köməyinə gəldilər
18:15 / 30-08-2026
Finlandiyalı jurnalist Avropada vətəndaş müharibəsinə səbəb ola biləcək amilləri müəyyən edib
MƏKTƏBLİLƏRİN YAY TƏTİLİNDƏ YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİ.
Tarix: 26-05-2018 22:34 | Bölmə: Digər
Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin, xüsusilə də uşaq və yeniyetmələrlə bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2018-ci ilin yanvar-may ayları ərzində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 05 dekabr 2014-cü il tarixli, 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti” haqqında KQ-5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası ilə bağlı ”Gənclər narkotiklərə yox deyir” hüquqi mövzuda azyaşlı və yeniyetmələrin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və baxımsızlığının qarşısının alınması, maarifləndirilməsi istiqamətində rayonun digər aidiyyatı qurumları ilə birlikdə tədbirlər həyata keçirilmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevin göstərişi və nəzarəti altında tərtib edilmiş cədvəl üzrə rayonun ümumtəhsil məktəblərində, eləcə də universitet və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında keçirilən həmin tədbirlərin hər birində iştirak edilmişdir.
Bu tədbirlər, 2018-ci ilin yanvar-may ayları ərzində 23 təhsil müəssisəsində keçirilmişdir. Əlavə olaraq, piyadaların intizamının artırılması və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Şəki rayonu, Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində yerləşən Xocalı şəhər 3 saylı tam orta məktəbində və 5 ümumi orta məktəbdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən ayrıca maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Bundan başqa, uşaqlar gələcəkdə küçə hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması, əyani vasitələrdən istifadə etməklə küçə, yol, səki, piyada keçidi, svetofor və digər anlayışların öyrədilməsi məqsədi ilə 10 məktəbəqədər təhsil müəssisəsində maarifləndirmə tədbirləri keçirilmişdir. Aparılmış profilaktiki tədbirlər öz müsbət nəticəsini vermişdir. Belə ki, 2018-ci ilin yanvar-may ayları ərzində, xidməti ərazidə uşaq və yeniyetmələrin iştirakı ilə heç bir yol-nəqliyyat hadisəsi baş verməmişdir.
Əziz məktəblilər!
Siz, bir neçə gündən sonra «Son Zəng»in sədaları altında oxuduğunuz təhsil ocaqlarından uzaqlaşacaq, kiminiz öz doğma Şəkimizdə, kiminiz isə başqa şəhər və rayonlarda istirahət edəcəksiniz.
Amma, bütün hallarda siz küçə və yollarda avtomobillərlə rastlaşacaqsınız. Küçələr boyu hərəkət edəcək, yolları keçməli olacaqsınız. Ona görə də, yol hərəkəti qaydalarına ciddi əməl etmək lazımdır ki, yay tətilində avtomobil qəzalarından uzaq olasınız.
Xatırladırıq ki, respublika ərazisində ötən il qeydə alınmış 1833 yol-nəqliyyat hadisəsinin 51,2%-ni və ya 938-ni piyadaların vurulması faktları təşkil etmişdir. Baş vermiş qəzalarda ölənlərin 48%-i və ya 359 nəfəri, xəsarət alanların 37%-i və ya 643 nəfəri məhz piyadalar olmuşdur. O cümlədən müəyyən edilmişdir ki, bəzi hadisələrdə sürücülərlə yanaşı piyadalarında təqsiri vardır. Bundan belə qənaətə gəlmək olar ki, piyadalar yol hərəkəti qaydalarını lazımi səviyyədə bilmirlər və onlara əməl etmirlər.
Odur ki, məktəblilərə eləcə də digər piyadalara müraciət edirik ki, aşağıdakı qaydalara ciddi əməl etsinlər:
- Küçələrdə səkilərlə, yollarda isə ehtiyyat hissə ilə hərəkət edin. Əgər səki yoxdursa küçənin tam kənarı ilə gedin.
- Piyada keçidləri ilə küçəni keçin. Piyada keçidi yoxdursa, küçənin düz xəttli hissəsindən yəni hər iki tərəf yaxşı görünən yerindən sola-sağa baxmaqla çox diqqətlə avtomobilin yaxınlaşmadığını tam yəqin edərək keçin.
- Küçə və yolda dayanmış nəqliyyat vasitəsinin qarşısından keçmək çox təhlükəlidir. Ən çox hadisələr bu səbəbdən olur. Dayanmış avtomobilin arxa hissəsindən keçmək lazımdır.
- Küçəni svetoforun (nizamlayıcının) işarələrinə riayət etməklə keçin.
- Avtobusları dayanacaqlarda, dayanacaq yoxdursa səkilərdə gözləyin. Avtobus tam dayanmamış ona yaxınlaşmayın.
- Küçə və yolları keçərkən qaçmaq, tələsmək, diqqətsizlik etmək olmaz.
- Küçə və yollarda yığışıb topla oynamaq arabacıqlar, velosiped sürmək olmaz.
- Minik avtomobillərinin sağ qapılarından minmək və ya düşmək lazımdır.
- Yaşı 12-dən az olan uşaqların minik avtomobillərinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda oturmasına icazə verilmir.
Hörmətli valideynlər!
Azyaşlı uşaqları tək başına küçə və yollara buraxmayın, dükanlara göndərməyin. Kənd yerlərində ev heyvanlarının ötürülməsini azyaşlılara həvalə etməyin. Bununlada, siz öz uşaqlarınızı avtomobil qəzalarından qoruyarsınız.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin
Təbliğat və Təşviqat Üzrə İnspektoru, Polis Baş Leytenantı Tural Niftalıyev
Baxış sayı: 1 312
Bölməyə aid digər xəbərlər
Tarix: 26-05-2018 22:34 | Bölmə: Digər
Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin, xüsusilə də uşaq və yeniyetmələrlə bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən təbliğat və maarifləndirmə işləri aparılmışdır.2018-ci ilin yanvar-may ayları ərzində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 05 dekabr 2014-cü il tarixli, 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti” haqqında KQ-5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası ilə bağlı ”Gənclər narkotiklərə yox deyir” hüquqi mövzuda azyaşlı və yeniyetmələrin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və baxımsızlığının qarşısının alınması, maarifləndirilməsi istiqamətində rayonun digər aidiyyatı qurumları ilə birlikdə tədbirlər həyata keçirilmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevin göstərişi və nəzarəti altında tərtib edilmiş cədvəl üzrə rayonun ümumtəhsil məktəblərində, eləcə də universitet və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında keçirilən həmin tədbirlərin hər birində iştirak edilmişdir.