12:43 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiyanın Rusiyadakı səfirliyi ABŞ ilə təlimlərlə bağlı töhmət elan etdi
12:38 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Militarist Yaponiyanın cinayətlərinin ictimailəşdirilməsi üzərində işləməyə davam edirik
12:35 / 01-09-2026
FSB xəyanətdə ittiham olunan şəxsin həbsinin görüntülərini yayımlayıb
12:29 / 01-09-2026
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
12:26 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
12:22 / 01-09-2026
Çin təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün təkliflər irəli sürüb
12:20 / 01-09-2026
"Mash": Kanskda məktəbli qız müəllimlərə hücum etdi
12:17 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
12:14 / 01-09-2026
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
11:42 / 01-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər
22:02 / 31-08-2026
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
18:02 / 31-08-2026
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
17:57 / 31-08-2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
17:51 / 31-08-2026
Tramp: "İran rəsmi olaraq uğursuz bir dövlətə çevrilib"
17:46 / 31-08-2026
Rospotrebnadzor: Rusiya Asiya ölkələri ilə vahid sanitar qalxan qurur
17:39 / 31-08-2026
Kreml: Si və Putin bir-birinə etibar edir, danışıqlar çox konstruktiv keçdi
17:34 / 31-08-2026
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
16:50 / 31-08-2026
Polis rəqiblərini döyən iki kişini saxlayıb
16:46 / 31-08-2026
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
16:40 / 31-08-2026
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
16:35 / 31-08-2026
III Teofilos Putin və Zelenski ilə vasitəçi kimi görüşmək istəyini bildirdi
16:31 / 31-08-2026
24 yaşlı kişini qatar vuraraq öldürüb
16:26 / 31-08-2026
FT: Mask Ağ Evin təsdiqi ilə "Starlink" pilotsuz təyyarəsinin Rusiyaya zərbə endirməsinə icazə verir"
16:22 / 31-08-2026
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
16:19 / 31-08-2026
Polşa idmançıları Olimpiadadan kənarlaşdırıla bilər
16:16 / 31-08-2026
NTV: Kipr sahillərində batan bərənin kapitanı gəmini tərk edən ilk şəxslərdən biri olub
16:11 / 31-08-2026
Tordenin müdafiə heyəti hökmdən Finlandiya Ali Məhkəməsinə apelyasiya şikayəti verəcək
16:07 / 31-08-2026
Peskov: "Qərbin Rusiyaya qarşı təxribatları olub, var və davam edəcək"
16:05 / 31-08-2026
Putin ŞƏT Zirvə Görüşü üçün Qırğızıstana gəlib
15:54 / 31-08-2026
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
15:43 / 31-08-2026
Dron hücumu nəticəsində zərər çəkmiş evdən bir iti xilas etməyə kömək etdi
15:38 / 31-08-2026
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
15:35 / 31-08-2026
Bir kişi öz bağçasında tarixdəki ən böyük Viking dövrü gümüş xəzinəsi tapıb
18:27 / 30-08-2026
Təyyarələr eniş edə bilmədi
18:22 / 30-08-2026
Afrikalı həvəskar futbolçu vəfat edib
18:20 / 30-08-2026
Xilasedicilər Şkota adasında qalmış insanların köməyinə gəldilər
18:15 / 30-08-2026
Finlandiyalı jurnalist Avropada vətəndaş müharibəsinə səbəb ola biləcək amilləri müəyyən edib
Orxan Məmmədov: Azərbaycanın rayon və şəhərlərində Kiçik və Orta Biznes evlərinin yaradılması planlaşdırılır
Tarix: 25-05-2018 13:31 | Bölmə: Digər
Artıq keçirilməsi ənənə halını almış bu konfrans dövlət-sahibkar münasibətlərinin inkişafı istiqamətində mühüm platforma kimi çıxış etməklə yanaşı, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması baxımından mühüm rol oynayır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov İqtisadiyyat Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışında deyib.
İcraçı direktor bildirib ki, ötən illər ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttin ardıcıl reallaşması və bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlığın ölkə iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə yüksəlib:
"Təbii ki, bu, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığa çoxsaylı dəstək mexanizmlərinin yaradılması ilə mümkün olub. Bununla yanaşı, davamlı inkişaf prioritetləri bu sahəyə yeni tələblər irəli sürüb. Məhz bu tələblərin reallaşdırılması, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə ötən ilin dekabr ayında Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb".
O.Məmmədov Agentliyin yaradılmasını dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisi kimi qiymətləndirərək bu münasibətlə biznes ictimaiyyətini təbrik edib.
O qeyd edib ki, Agentlik sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda – Kiçik və Orta Biznes evlərində təşkilini, əlaqələndirilməsini və tənzimlənməsini vahid səlahiyyətli qurum kimi həyata keçirəcək:
"Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta sahibkarlara göstərilən xidmətlərin vahid məkanda “bir pəncərə” prinsipi üzrə təşkili müsbət nəticələr verməklə yanaşı, həmin xidmətlərin keyfiyyətinin təmin olunmasında da mühüm rol oynayır. Məhz bu amilləri nəzərə alaraq, Agentliyin nəzdində ölkənin rayon və şəhərlərində Kiçik və Orta Biznes evlərinin yaradılması planlaşdırılır. Bu evlərin yaradılmasında əsas məqsəd sahibkar məmnunluğunu təmin etməklə yanaşı, göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçirilməsinə nail olmaqdır".
O.Məmmədov vurğulayıb ki, Agentliyin fəaliyyəti kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilinə yönələcək. Bu tədbirlər, güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edəcək:
"Fəaliyyətimizin əsas istiqamətlərindən biri sahibkarlığın inkişafı qarşısındakı maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasına yönəldiləcək. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitində öz fəaliyyətini düzgün təşkil etməsi ilə şərtlənir. Bu çərçivədə sahibkarların bilik və bacarıqlarının inkişafına yönəlmiş bir sıra dəstək xarakterli tədbirlər, o cümlədən, təlim, konsaltinq və s. xidmətlərin təşkili sistemi yaradılacaq.
Fəaliyyətimizin səmərəsi kiçik və orta biznesin inkişafı üzrə daha əlverişli biznes mühitinin formalaşdırılması, kiçik və orta biznesin iqtisadiyyatdakı rolunun artırılması və təbii ki, bu qabaqcıl məqsədlərə nail olmaq üçün sahibkarların qurumun fəaliyyətindən olan gözləntilərinin doğrultma səviyyəsi ilə müəyyən ediləcək. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün işimizi aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarların ictimai birlikləri ilə sıx əməkdaşlıq şəraitində qurmaq niyyətindəyik. Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir".
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru O.Məmmədov yekunda konfransın işinə uğurlar arzu edərək, sahibkarları Agentliklə sıx əməkdaşlığa dəvət edib.
Baxış sayı: 1 582
Bölməyə aid digər xəbərlər