12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb edən şəxs saxlanılıb
Tarix: 12-05-2018 12:08 | Bölmə: Digər

                    

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Zərdab rayon sakinləri F.M, B.F və A.Q Rayon Polis Şöbəsinə müraciət edərək bu ilin aprel ayında Çallı kənd sakini Qənimət Məmmədovun onlar barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsini bildiriblər.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədov saxlanılıb.
Faktla bağlı RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.



Baxış sayı: 723


Bölməyə aid digər xəbərlər