Bütün xəbərlər
Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 3 nəfər ölüb
Tarix: 03-11-2024 09:19 | Bölmə: Cəmiyyət

“İnterfaks” Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinə istinadən xəbər verir ki, Rostov vilayətinin Azov rayonunda fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində 3 nəfərin meyitləri yanğının söndürülməsi zamanı aşkar edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə oktyabrın 3-nə keçən gecə rayonun Aleksandrovka kəndində baş verib. Ölənlər bir kişi və 3-4 yaşlı iki uşaqdır.
Yanğın sahəsi 100 kvadratmetr olub. Hazırda açıq yanma aradan qaldırılıb. Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir.
Bundan əvvəl Tümen vilayətində bir nəfərin yanğın nəticəsində öldüyü bildirilirdi. Yanğın sahəsi 132 kvadratmetr olub, yaşayış binasına və yardımçı tikililərə ziyan dəyib.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər