Bütün xəbərlər
Çeçenistan sakini oğlunun gözü qarşısında adam öldürdüyünə görə 17 il həbs cəzası alıb
Tarix: 17-06-2024 20:05 | Bölmə: Cəmiyyət

Çeçenistan məhkəməsi azyaşlı uşağın gözü qarşısında son dərəcə amansızlıqla qətl törətməkdə təqsirli bilinən respublika sakinini 2 il azadlıqdan məhrum edilməklə, ciddi rejimli koloniyada 17 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayət yanvarın 14-də günorta saatlarında Çeçenistanın Şelkovski rayonunun Voskresenovskoye kəndində törədilib. Hücum edən şəxs yerli sakinin evinin həyətinə girərək ona bir neçə bıçaq zərbəsi vurub. Qurbanın dörd yaşlı oğlu da orada olub. Cinayətkar baş verənləri telefon kamerasına çəkib.
Bundan sonra o, qonşu respublikada gizlənməyə cəhd etsə də, polis əməkdaşları tərəfindən meşəlik ərazidə saxlanılıb.
İstintaqın məlumatına görə, məhkum olunan şəxs 30 yaşlı Qudermes sakinidir. Dindirilmə zamanı o, etiraf edib. "İnterfaks" yazır ki, adam qətlin səbəbini “öldürülmüş şəxsə qarşı düşmən münasibəti” ilə izah edib.


Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər