Bütün xəbərlər
Əfqanıstan əsilli şəxs istintaq təcridxanasına göndərilib
Tarix: 22-05-2024 20:44 | Bölmə: Cəmiyyət

Moskvanın Preobrajenski Məhkəməsi avtobus dayanacağında qıza bıçaqla hücum edən 48 yaşlı Əfqanıstan əsilli şəxsi iki ay müddətinə həbs edib, paytaxt prokurorluğu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təsvir edilən hadisələr mayın 20-də Qolyanov şəhərinin Uralskaya küçəsində baş verib. Həmin şəxs avtobus dayanacağının ətrafında gəzib, sonra yavaş-yavaş köşkə yaxınlaşıb və qəfildən 22 yaşlı qızın boynuna bıçaq zərbəsi vurub, sonra qaçıb.
Şübhəli bir neçə saat sonra saxlanılıb, onu hücuma sövq edən səbəb hələ məlum deyil. Barekzai Ahmed Qulam Mohammad günahını etiraf edib, lakin ev dustaqlığına buraxılmasını istəyib, lakin hakim onu ən azı iyulun 20-nə kimi saxlayacağı istintaq təcridxanasına göndərib.
Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər
12-06-2024, 10:55 Sərxoş turist döyülüb