Bütün xəbərlər
Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı — FOTOLAR
Tarix: 19-01-2019 17:12 | Bölmə: Cəmiyyət


Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı


Moai Sakit okeanın Pasxa adasındakı daş heykəllərin adıdır.
 “Ölkə.Az” xəbər verir ki, adada 1000-ə yaxın belə heykəl var. Heykəllər Rapanui polineziyalıları tərəfindən XIII əsrdə inşa edilib.
Amerikalı tədqiqatçılar heykəllərin hansı məqsədlə inşa edildiyini müəyyənləşdiriblər. Mütəxəssislərin fikrinə əsasən, platformalar şirin su mənbələrini göstərir.



Tədqiqat zamanı alimlər adanın xəritəsini hazırlayıblar və şirin su mənbələri ilə yanaşı digər təbii sərvətlər olan yerləri də işarələyiblər.
Məlum olub ki, meqalitik tikililərin yaxınlığında mədənlər var. Adanın digər hissəsində isə şirin su tapılmayıb.



Pasxa adasında 300-dən çox axu meqalitik platforması və 1000-ə yaxın moai daş heykəli var. Ehtimal edilir ki, ilk abidələr polineziyalıların Rapanui sivilizasiyası dövründə, XIII əsrdə inşa edilib. Moai abidələrinin təyinatı uzun illər alimlər arasında mübahisə mövzusu olub.




Bir çox tədqiqatçının fikrinə əsasən, abidələr əcdadların ilahiləşdirilmiş fiqurlarıdır və Rapanui cəmiyyətinin müxtəlif klanlarının simvollarıdır.



Hələlik alimlər adanın şərq tərəfində şirin su mənbələri tapıblar. Yaxın vaxtlarda bütün ada tədqiq ediləcək və teoriyanın doğruluğu sübuta
yetiriləcək.





Baxış sayı: 684


Bölməyə aid digər xəbərlər