Bütün xəbərlər
Avtoqreyder uşağı əzərək öldürüb
Tarix: 19-01-2023 14:04 | Bölmə: Cəmiyyət

Udmurtiyada qar təmizləyən avtoqreyder uşaqlı qadını yıxıb. Üç yaşlı qız aldığı xəsarətlərdən yerindəcə keçinib, 26 yaşlı anası xəstəxanaya yerləşdirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublika Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb.
Faciəli hadisə yanvarın 18-də axşam saatlarında Mojginski rayonunun Bolşaya Uça kəndində baş verib. İlkin məlumata görə, əks istiqamətdə hərəkət edən qartəmizləyən maşının sürücüsü yolun kənarında gedən qadın və onun qızı ilə qarşılaşıb. Uşaq ölümcül yaralanıb, qadın xəstəxanaya aparılıb.
Qəza faktı üzrə “Yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqına prokurorluq nəzarət edir.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər