Bütün xəbərlər
Sumqayıtda "Şəhidlər azadlığın uca heykəl daşıdır” adllı tədbir keçirilib
Tarix: 18-01-2019 11:35 | Bölmə: Cəmiyyət

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, "Dostluq” mədəniyyət evi və AYB-nin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə "Şəhidlər azadlığın uca heykəl daşıdır” adlı xatirə gecəsi keçirilib. "Dostluq” mədəniyyət evinin bədii rəhbəri Gülnar Məmmədovanın aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə uşaq şöbəsinin müdiri Yeganə Hüseynova açaraq "20 yanvar” faciəsi haqqında oxuculara məlumat verib. AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı, ssenarist Hafiz İmamnəzərlinin çıxışları dinlənilib. Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri Aynur Kərimova, Ayan Ağayeva, İnci Hüseynzadə, Cavidan Mirzəzadə, Nuray Məmmədlinin ifasında S.Sarvanın "Qan”, N. Atsızın " Qəhrəmanlıq” və "Bu günün gənclərinə”, M.İlqarın "Vətən başa çox iş gələr”, R.Rzanın "And” şeirləri, ”Dostluq” mədəniyyət evində fəaliyyət göstərən "Dostluq” ansamblının ifasında muğam parçaları səslənib. Tədbir "Qanla yazılan tarix” başlığı altında nümayiş etdirilən sərgiyə baxışla sona yetib.
Yeganə Hüseynova,
Səməd Vurğun adına Mərkəzi kitabxananın
Uşaq şöbəsinin müdiri





Baxış sayı: 702


Bölməyə aid digər xəbərlər