19:42 / 02-09-2026
Merkel Almaniya prezidenti olmaq ideyasını absurd adlandırdı
19:35 / 02-09-2026
Putin Rusiya ilə Monqolustan arasındakı münasibətləri hərtərəfli strateji tərəfdaşlıq adlandırdı
19:33 / 02-09-2026
Polşanın keçmiş baş naziri Tuskun Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıqlarından bezdiyini deyir
19:29 / 02-09-2026
Von der Leyen Ukraynadan bir neçə milyard avroluq yeni bir sorğu elan etdi
19:26 / 02-09-2026
Müəllimə hücumdan sonra dərslər adi qaydada davam edir
19:23 / 02-09-2026
Naməlum mənşəli dron aşkar edilib
19:20 / 02-09-2026
Bonndakı Rusiya Baş Konsulluğu 11 sentyabrdan etibarən Rusiya pasportlarının verilməsini dayandıracaq
19:17 / 02-09-2026
İtaliya mediası Putinin Zelenskinin təhdidlərinə sərt reaksiyasını qiymətləndirib
19:05 / 02-09-2026
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
19:00 / 02-09-2026
Vladimirov: "Bomba olduğu ehtimal edilən əskinas dəstəsi tapılıb"
18:56 / 02-09-2026
Bessent: "Ukraynanın Rusiya enerji obyektlərinə hücumları qlobal yanacaq qiymətlərinin artmasına səbəb olub"
18:52 / 02-09-2026
WP: Ukrayna Silahlı Qüvvələri Rusiya dronlarını ələ keçirmək üçün qırıcı təyyarələr yerləşdirir
18:47 / 02-09-2026
Ukrayna pilotsuz təyyarəsi Zaporojye bölgəsindəki xəstəxanaya zərbə endirib
18:43 / 02-09-2026
Putin Uzaq Şərqdə yeni obyektlərin açılışında iştirak edib
18:39 / 02-09-2026
Bonndakı Rusiya Baş Konsulluğunun bağlanması Dövlət Duması seçkiləri üçün seçki məntəqəsinin təşkilinə mane olur
18:36 / 02-09-2026
Almaniya xarici işlər naziri Leypsiq pilotsuz aparatı ilə bağlı Rusiyaya təzyiqin artırılmasına çağırış edir
18:27 / 02-09-2026
Almaniya Leypsiq Hava Limanında baş verən dron hadisəsində şübhəlilərin kimliyini müəyyən edib
18:23 / 02-09-2026
Macarıstan Orbanın hakimiyyətə qayıda biləcəyi bir şərt irəli sürüb
18:19 / 02-09-2026
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
18:16 / 02-09-2026
Putin Si Cinpinlə görüşünü mənalı və çox səmimi adlandırdı
17:55 / 02-09-2026
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
22:06 / 01-09-2026
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
20:47 / 01-09-2026
Vaşinqtonun şantajı: Çinlə bağlı uğursuzluqdan sonra ABŞ Hindistana təzyiq göstərməyə çalışır
20:43 / 01-09-2026
Putin: "2025-ci ildə Türkiyəyə təxminən 7 milyon rus turisti səfər edib"
20:39 / 01-09-2026
İnsanlara kürəklə hücum edən kişinin qumar aludəçisi olduğu ortaya çıxdı
20:32 / 01-09-2026
ABŞ növbəti iki həftə ərzində İranla əməliyyatlara görə banklara sanksiya tətbiq edə bilər
20:28 / 01-09-2026
Futbolçu Rüdiger Almaniya Milli Komandasından təqaüdə çıxdı
20:24 / 01-09-2026
Katamaran böyük dərinliklərdə tapılıb
20:16 / 01-09-2026
Bessent: "Hörmüz boğazı iki ildən sonra yararsız hala düşəcək"
20:10 / 01-09-2026
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
20:05 / 01-09-2026
105 illik yüksək temperatur rekordunu qırdı
20:02 / 01-09-2026
Angelina Jolie Poltavaya gəldi
19:59 / 01-09-2026
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb
12:45 / 01-09-2026
ŞƏT lisenziyasız peyk internet xidmətlərinin göstərilməsini pozuntu kimi qəbul edib
12:43 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiyanın Rusiyadakı səfirliyi ABŞ ilə təlimlərlə bağlı töhmət elan etdi
12:38 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Militarist Yaponiyanın cinayətlərinin ictimailəşdirilməsi üzərində işləməyə davam edirik
12:35 / 01-09-2026
FSB xəyanətdə ittiham olunan şəxsin həbsinin görüntülərini yayımlayıb
12:29 / 01-09-2026
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
12:26 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
MTRŞ Sərxan Kərəmoğlunun qadın qonaqları öpüb, qucağına götürməsini pisləyib
Tarix: 15-01-2019 02:31 | Bölmə: Cəmiyyət
İl ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına yol verilib. Telekanalların yayım zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun daha çox 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır), 35.7 (Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) və 32.0.9-cu (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib (müvafiq arayışlar tərtib edilib).
Oxu.Az xəbər verir ki, bu və digər məqamlar Milli Televiziya və Radio Şurasının (MTRŞ) açıqlamasında yer alıb.
Qeyd olunub ki, müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları müşahidə edilib.
Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların xəbər buraxılışlarında rast gəlinərək qanun pozuntusu kimi qeydə alınıb (Xəzər, ATV, ARB).
İl ərzində aparılmış monitorinqlərdə reklamın bir saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması ilə bağlı da kütləvi hallar diqqəti cəlb edib (Space). Bu isə həm də “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin pozulması deməkdir.
Monitorinqlər zamanı “Reklam haqqında” Qanunun 13-cü maddəsinin tələblərinin pozulması hallarının da kütləviliyi müşahidə edilib. Bu barədə mütəmadi olaraq arayışlar tərtib edilərək Şura Sədrinə təqdim olunub.
Bir sıra özəl yayımçıların efirində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələbləri mütəmadi olaraq pozulub. Bu hallar daha çox ARB, ATV və Xəzər TV-nin efirində müşahidə edilib.
Qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verir. Həm də bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir.
Belə ki, müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, video faktlar ortaya qoyulur. Məsələn, Space TV-də 17 sentyabr 2018-ci il tarixdə saat 16.37-də yayımlanmış “Gəl, dərdini danış” verilişində ərin arvadını başqa kişi ilə yataqda tutarkən çəkdiyi videosu efirə verilib. Verilişin 23 oktyabr 2018-ci il tarixli buraxılışında isə ər arvadını ona xəyanətdə ittiham edir və hətta uşaqlarından birinin onun olmadığını, başqa kişidən dünyaya gəldiyini bildirir.
ARB-də yayımlanan “Çıxış yolu Afət Rahilqızı ilə” adlı verilişdə də mütəmadi olaraq ailə-məişət müstəvisində Azərbaycan xalqı və ailəsi üçün uyğun olmayan, qeyri-ənənəvi ailədaxili problemlər xarakterik ictimai problem kimi qabardılır, müzakirəyə çıxarılır. Məsələn, verilişin 22 oktyabr 2018-ci il buraxılışında ən pis ailə nümunələrindən biri – övladlarını atıb başqası ilə ailə quran qadın və ondan aliment tələb edən ərin “hekayəsi” müzakirəyə çıxarılıb. Verilişdən aydın olur ki, məhkəmə artıq bu problemlə bağlı yekun qərar verib və məsələ hüquqi müstəvidə həllini tapıb. Belə olduğu halda problemin verilişdə müzakirəyə çıxarılması əlbəttə ki, ucuz sensasiya və şou naminə edilir. Qeyd edək ki, bu cür hallara sözügedən verilişdə mütəmadi olaraq rast gəlinib.
İl ərzində milli-mənəvi dəyərlərlə bağlı ən mühüm pozuntu faktlarından biri ATV-də yayımlanmış “10-dan sonra” verilişi olub. Verilişin 09.07.2018-ci il tarixli buraxılışında qonaq qismində dəvət olunmuş Aşıq Namiq Fərhadoğlu və Aşıq Fəzail Miskinli arasında mübahisə yaranıb, mübahisə zəminində gərginlik yaşanıb və tərəflər bir-birinin ünvanına ədəbsiz ifadələr işlədib.
Baş vermiş olayla bağlı Şura tərəfindən telekanala qarşı inzibati tənbeh tədbiri (rəsmi xəbərdarlıq) tətbiq edilib.
Milli-mənəvi dəyərlərin pozulması hallarına bilavasitə aparıcıların özlərinin də rəvac verməsi halları diqqəti cəlb edib. Məsələn, ARB-də 17.10.2018-ci il tarixdə saat 16.00-17.30 arası yayımlanmış “Canım sənə desin” verilişinin aparıcısı Mehriban Xanlarovanın efirdə yol verdiyi hərəkətlər cəmiyyətdə ciddi müzakirə və tənqidlərə səbəb olub.
Lider TV-də cari ilin birinci yarısı efirdə olmuş “Evimin qonaqları” verilişində aparıcı Sərxan Kərəmoğlunun davranışları, dəvət etdiyi qadın qonaqları öpməsi, qucağına götürməsi və digər bu kimi hərəkətləri tamaşaçılarda haqlı qıcıq və narahatçılıq yaradıb.
LİDER TV-nin efirində yayımlanan “7 gün” verilişinin 25.04.2018-ci il tarixli buraxılışında isə aparıcılar efir imkanlarından sui-istifadə hallarına yol verməklə, Quba rayonu və camaatı barəsində xoşagəlməz ifadələr işlədiblər ki, bu da milli-mənəvi dəyərlərə zidd hal kimi qeydə alınıb.
Xəzər TV-nin “Hər şey daxil” verilişinin aparıcısı Tolikin davranışları, leksikonu da mütəmadi olaraq neqativ aspektdən diqqəti cəlb edib. Həmçinin Tolik verilişdə iştirakçıların efir etikasına zidd olan xoşagəlməz davranışlarının qarşısını almağa cəhd etmir, əksinə belə hərəkətlərə təhrik edilməsi hallarına yol verib. Məsələn, verilişin 21 avqust 2018-ci il tarixli buraxılışında müğənni Mətanət Əsədova Lider TV-nin aparıcısı və şoumen Sərxan Kərəmoğlu barədə təhqiramiz ifadələr işlədib: “Ayə, kişi adını korlama. Kişi adına xələl gətirən, mənə qulaq as. Sən deyirsən ki, Azərbaycan qadınına ləkə gətirirəm. Gəl çıx çölə, səni aparacağam həkimə. Mən qadın kimi özümü sübut edəcəyəm, amma sən kişi kimi özüvü sübut edə bilməyəcəksən... Yerə soxum səni. Murdar..”. Lakin verilişin aparıcısı Tolik bu halın qarşısını almayıb.
İl ərzində milli-mənəvi dəyərlər prizmasından yol verilən xoşagəlməz hallardan biri də müzakirə verilişlərinə ekspert qismində, nümunəvi olmayan təsadüfi və qeyri-peşəkar insanların, xüsusilə də bayağı müğənnilərin, rəqqasələrin, ekstrasens və falçıların dəvət edilməsi olub. Belə hallara xüsusilə ilin birinci yarısında efirə getmiş verilişlərdə daha çox rast gəlinib. Məsələn, ARB-də “Sirdaş Rövşanə” verilişinin 06.06.2018-ci il tarixli buraxılışında verilişə dəvət olunan idmançı və rəqqasə bir-birinə qarşı təhqiramiz ifadələr işlədib, hətta onlar arasında əlbəyaxa dava da baş verib (saat 17.42-də).
Bundan başqa, verilişin 07.05.2018-ci il tarixli buraxılışında “ekstrasens” Bayram adlı şəxslə kulturoloq kimi tanınan Aydın Xan Əbilov arasında gərginlik, söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunub, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr və jestlərdən istifadə ediblər.
Xəzər TV-nin efirində yayımlanan “Səni axtarıram” verilişinin 25.06.2018 və 26.06.2018-ci il tarixli buraxılışlarında eyni səpkidə problem yaşanıb. Belə ki, verilişdə qonaq-ekspert qismində cəmiyyətdə falçı-ekstrasens kimi tanınan Bayram Nurlu ilə problemi müzakirəyə çıxarılan şəxs arasında gərginlik yaşanıb, efir mədəniyyətinə zidd xoşagəlməz hallara rast gəlinib. Belə ki, söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunub, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr işlədib, qeyri-etik söz və ifadələrdən istifadə edilib.
Milli-mənəvi dəyərlərin pozulması hallarına il ərzində efirlərdə yayımlanmış bir sıra reklam çarxlarında da rast gəlinib. Məsələn, LİDER telekanalında 11.04.2018-ci il tarixdə saat 18.13-də yayımlanmış “Kişi ürəyi” adlı dərman vasitəsinin reklamında deyilir:
Diktor: Sizə sağlamlığınızla bağlı problemlərin birdəfəlik müalicəsini təqdim edirik. Bu məhsul xüsusilə 40 yaşlı kişilərin istifadəsini zəruri hesab etməklə, bir çox xəstəliklərin tam müalicəsinə imkan verir. “Prostat üçün məcun” daha çox 40 və ondan yuxarı yaşda rast gəlinən prostat vəzi xəstəliyi kişilərin ən böyük probleminə çevrilib.
Reklamın kişi personajı: “Televizorda həyat yoldaşım görüb məndən xəbərsiz sifariş etmişdi. Mənə dedi ki, bunu istifadə etməsən səndən inciyəcəyəm. Mən də istifadə etdim. İnanırsınız, təkrar əvvəlki rejim özümə qayıtdı. İkimizin də həyat tərzi gözəlləşdi. Cox xoşbəxtəm. O da sevindi. Bu, “Kişi ürəyi” bəlli bir yaşdan sonra insanın öz enerjisini insanın ozünə qaytarırmış”.
Xəzər TV-də mütəmadi olaraq yayımlanmış “Spermagen” adlı dərman vasitəsinin reklamı da milli-mənəvi dəyərlərə zidd olub. Məsələn, 03.04.2018-ci il tarixdə saat 19.04-də efirə getmiş həmin reklamın mətnində deyilir:
“Cinsi zəiflik, cinsi aktın tez başa çatması sonsuzluğa, boşanmalara, stressə səbəb olur. Təbii tərkibli spermagen cinsi zəifliyi qısa zamanda həll edir, cinsi performansı hər yaşda maksimuma yüksəldir”.
İl ərzində teleradio məkanında müşahidə olunan mənfi tendensiyalardan biri də sosial şəbəkələrdə populyarlaşmış bu və ya digər neqativ fenomenin kütləvi yayıma çıxarılaraq ictimai rəyə yeridilməsi hallarıdır.
Yayımçılar tərəfindən psixi durumu, tərbiyəsi yerində olmayan ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə populyarlığını nəzərə alaraq efirə çıxarıb onların vasitəsilə reytinq əldə edilməsinə çalışılıb. Məsələn, belə hallardan biri cari ilin may ayında (05.05.2018-ci ildə) Space TV-də yayımlanan “El sizin, sirr bizim” verilişində baş verib. Belə ki, verilişdə aparıcı Elçin Əlibəyli tərəfindən saxta sənətkar nümunəsi qismində cəmiyyətdə qeyri-ciddi müğənni kimi tanınan Maral Tahirqızı adlı xanım iştirakçı təhqir edilib. Bu hal internet media və sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub.
İl ərzində aparılmış monitorinqlər TV-lərdə ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoyub. Belə ki, müəyyən edilib ki, yayımçılar ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmirlər. Onlar daha çox ucuz yollara əl atır, daha çox ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.
Monitorinqlər göstərib ki, milli efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə də, keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır. Xüsusilə komediya janrında çəkilib nümayiş etdirilən seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan şəkildə təqdim edilir. Bu cür seriallara misal kimi Xəzər TV-də “Xalxın evi”, “AY yay, yay”, ATV-də “Qız atası”, “Bacanaqlar” və s. göstərmək olar.
Baxış sayı: 1 035
Bölməyə aid digər xəbərlər

1-09-2026, 19:59
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb
31-08-2026, 16:50
Polis rəqiblərini döyən iki kişini saxlayıb
31-08-2026, 16:31
24 yaşlı kişini qatar vuraraq öldürüb
27-08-2026, 20:13
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
27-08-2026, 18:43
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
27-08-2026, 18:40
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
27-08-2026, 18:02
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
26-08-2026, 19:04
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
26-08-2026, 18:04
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
26-08-2026, 17:36
Ağacları kəsərkən öldü
25-08-2026, 21:11
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
25-08-2026, 19:55
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
25-08-2026, 19:34
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
24-08-2026, 17:58
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
24-08-2026, 17:41
İki qıza qarşı zorakılığa görə həbs cəzası alıb
24-08-2026, 17:36
Taksi sürücüsünü döyən barədə cinayət işi açılıb
23-08-2026, 20:34
Bir əsgər mübahisə zamanı əsgər yoldaşını güllələyərək öldürüb
23-08-2026, 20:11
Baş verən qəzada xəsarət alan bir kişi vertolyotla təxliyə edilib
23-08-2026, 20:05
Bir ay əvvəl itkin düşən traktor sürücüsü insanlara müraciət edib
19-08-2026, 10:05
Ögey atasını öldürməkdə təqsirli bilinib
18-08-2026, 22:41
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
18-08-2026, 21:51
Avtobusa daş atan uşağa hücum etdi
18-08-2026, 12:41
Mülk üstündə oğullarını güllələyərək öldürüb
18-08-2026, 12:35
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
17-08-2026, 19:43
"Kremlin camaşırxanası" kanalının administratoru 11 il həbs cəzası alıb
17-08-2026, 19:38
Qızına təcavüz etdiyinə görə həbsxanaya göndərilib
17-08-2026, 19:27
Transformator yarımstansiyasını yandırıb
13-08-2026, 19:05
Mikroavtobus sürücüsü saxlanılıb
13-08-2026, 17:18
Sevastopol sakinləri hərbçinin qətlində şübhəli bilinən şəxsin tutulmasına kömək etdilər
12-08-2026, 17:21
Qayıq qayaya çırpıldıqdan sonra bir qadın öldü
12-08-2026, 17:00
Rus qadınına hücum edən kişinin cəzasının ağır olacağını açıqladı
12-08-2026, 10:20
Qohumlarının yaşadığı evi yandıraraq valideynlərini öldürüb
11-08-2026, 10:23
Uşaq istismarı ilə bağlı cinayət işi üzrə hökm çıxarılıb
10-08-2026, 19:14
Kafedə dörd nəfər zəhərləndi, cinayət işi açıldı
10-08-2026, 17:39
Təqaüdçü valideynlərinə işgəncə verməkdə ittiham olunan kişi həbs edilib
9-08-2026, 18:39
Təcili yardım maşınına balta ilə hücum edilib
9-08-2026, 17:29
Bir kişi qızı müdafiə edən əlil SVO üzvünü döyüb
6-08-2026, 20:21
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
5-08-2026, 20:35
Sərxoş ata azyaşlı qızını döyüb
2-08-2026, 21:12
Serbiyada rus qadınının qətlində şübhəli bilinən şəxs bunu qısqanclıqdan etmiş ola bilər
2-08-2026, 20:39
Anası ilə mübahisədən sonra evdən çıxan məktəbli qız tapılıb