Bütün xəbərlər
"Sizə biznes quracağam" deyib 1 milyondan artıq pul aldı və...
Tarix: 14-01-2019 13:04 | Bölmə: Cəmiyyət

                        

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.
Dövlət ittihamçısı E. İbrahimovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Ziya Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və Ramil Bəkirovu biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon 18 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.



Baxış sayı: 673


Bölməyə aid digər xəbərlər