Bütün xəbərlər
"Zeytun bağları"nda qonşusunu öldürən keçmiş məhkumun ibtidai istintaqı yekunlaşıb
Tarix: 10-01-2019 21:01 | Bölmə: Cəmiyyət

                                  

Bakıda qətl törətməkdə təqsirləndirilən Dostəli Abuzərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Report" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 16-da Bakının Suraxanı rayonunda baş verib. Rayonun "Zeytun bağları" adlanan çöllük ərazisində 1979-cu il təvəllüdlü D.Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərhəng Qədirovu bıçaqlayaraq öldürüb.
Hadisə yerindən qaçan D.Abuzərov daha sonra saxlanılıb.
Qətl hadisəsi qonşular arasında mübahisə zəminində baş verib. Cinayət işində adıçəkilən şəxslər bir-birilərini təhqir ediblər. Onların söyüşlə müşayiət olunan mübahisəsi ölümlə nəticələnib.
Məlumata görə, Yeni Suraxanı qəsəbəsində yaşayan D.Abuzərov 2006-cı ildə Salyan rayon sakini Qüdrət Malıyevi qətlə yetirib. O, 11 il müddətinə azadlıqdan məhrum edilib və 2017-ci ildə azadlığa çıxıb.



Baxış sayı: 703


Bölməyə aid digər xəbərlər