09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Yeni robot onurğada əməliyyat həyata keçirə biləcək - VİDEO
Tarix: 09-01-2019 16:46 | Bölmə: Cəmiyyət





Alimlər insanla müqayisədə daha dəqiq onurğa əməliyyatları yerinə yetirən robot hazırlayıblar.
Oxu.Az “The Daily Mail”ə istinadən xəbər verir ki, robot kifoz və skoliozun müalicəsində inqilab edə bilər.
“Scoliobot” (yunanca “skolios” - əyri və robot sözlərinin birləşməsindən əmələ gəlib) robotu sümükdə 0,1 mm dəqiqliklə dəlik açmağa qadirdir. Bu uğura heç bir cərrah nail ola bilməyib.
Professor Filip Bridonun rəhbərliyi ilə Nottinqem Trent Universitetindən olan heyət cərrah işini yerinə yetirən iki robotlaşdırılmış “əl” hazırlayıb. Onurğanın düzləşdirilməsi əməliyyatı zamanı hər bir onurğa sümüyündə dəliklər açmaq lazımdır. Sonra vidalar quraşdırılır və elastik sterjen yerləşdirilir.
Eyni zamanda, əməliyyat tamamlanmış reallıq şəraitində keçirilə bilər ki, bu da cərrahlara böyük ekranda “Scoliobotun” işini izləməyə imkan verir.
Hazırda robot sınaq mərhələlərini keçir, alimlər “Scoliobot”un yaxın beş il ərzində əməliyyat otağında çalışacağına ümid edirlər. 
                              



Baxış sayı: 1 446


Bölməyə aid digər xəbərlər