Bütün xəbərlər
Gəncədə 70 yaşlı qohumunu qətlə yetirən şəxs saxlanıldı
Tarix: 07-01-2019 21:20 | Bölmə: Cəmiyyət
     

Gəncə şəhərində 70 yaşlı qohumunu bıçaqlayaraq qətlə yetirən şəxs tutulub. Modern.az xəbər verir ki, Valeh Zeynalovun qətlində şübhəli bilinən Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Məmməd Məhərrəm oğlu Məmmədov saxlanılıb.
 
İlkin məlumatlara görə, hadisəyə əvvəldən aralarında olan münaqişə səbəb olub.
 
Qeyd edək ki, qətli törədən şəxs əvvəllər məhkum olub və hazırda ruhi əsəb dispanserində qeydiyatdadır.
 
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 577


Bölməyə aid digər xəbərlər