Bütün xəbərlər
Qubada Vətən müharibəsi iştirakçısının toyu oldu - Fotolar+Video
Tarix: 30-07-2022 00:05 | Bölmə: Cəmiyyət

                     Qubada Vətən müharibəsi iştirakçısının toyu oldu



Qubada Vətən Müharibəsi şəhidi Aydəmirov Nizami Elçin oğlunun qardaşı,  Vətən Müharibəsi iştirakçısı Nizam Aydəmirovun toy mərasimi keçirilib.
“Qafqaiznfo” xəbər verir ki, toy mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ziyəddin Əliyev toy məclisində çıxış edərək yeni ailə həyatı quran gənclərə xeyir-dua vermiş, onları öz adından, Rayon İcra Hakimiyyətinin kollektivi adından, eləcə də rayon ictimaiyyəti adından təbrik edib. 
Qeyd edək ki, Nizam Aydəmirovun atası Elçin Aydəmirov və anası Rəhimə Aydəmirova bir neçə il əvvəl vəfat ediblər.


              











Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər