Bütün xəbərlər
22-dekabr Sumqayıtın əmək qəhrəmanı Məmməd Məmmədovun doğum günüdür
Tarix: 22-12-2018 00:35 | Bölmə: Cəmiyyət


Məmməd Məmmədov 1936-cı il dekabrın 22-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. 1959-cu ildə Sumqayıt şəhərinə gəlib “Sintezkauçuk” İstehsalat Birliyində müxtəlif vəzifələrdə işləyib. Zavodda işlədiyi müddətdə müxtəlif fəxri fərmanlar, diplomlar alıb. Bir çox səmərləşdirici təkliflər irəli sürüb.
“Şərəf nişanı” ordeninə layiq görülüb. Səhhəti ilə bağlı zovoddan çıxandan sonra, Sumqayıt şəhərindəki 26-cı kvartalda yerləşən 20 nömrəli yataqxanada uzun illər müdir vəzifəsində çalışıb. 2006-cı ildə dünyasını dəyişib.
Allah rəhmət eləsin!



Baxış sayı: 723


Bölməyə aid digər xəbərlər