Bütün xəbərlər
"Sumqayıt" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb
Tarix: 19-12-2018 23:21 | Bölmə: Cəmiyyət

                              Sumqayıt yarımfinala vəsiqə qazanıb və Zirəyə rəqib olub

 Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.
"Report"un məlumatına görə, Sumqayıtda şəhərin eyni adlı təmsilçisi "Neftçi"ni qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüşdə meydan sahibləri qələbə qazanıb - 1:0. "Ağ-qaralar"ın heyətində 43-cü dəqiqədə Namiq Ələsgərov fərqlənib.
Beləliklə, səfərdə keçirdiyi ilk oyunda 2 cavabsız qolla qalib gələn "Sumqayıt" yarımfinala vəsiqə qazanıb və "Zirə"yə rəqib olub.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab matçları isə mayın 1-də keçiriləcək.
"Zirə" komandası 1/4 finalda "Səbail"i mübarizədən kənarlaşdırıb. 



Baxış sayı: 801


Bölməyə aid digər xəbərlər