Bütün xəbərlər
Bərdədə 34 yaşlı kişi tanımadığı şəxs tərəfindən ürəyindən bıçaqlandı
Tarix: 13-12-2018 20:50 | Bölmə: Cəmiyyət

                   

Bərdə sakini naməlum şəraitdə bıçaqlanıb.
Trend-in məlumatına görə, hadisə rayonun İstisu adlanan ərazisində baş verib.
Rayonun Soğanverdilər kənd sakini, 1984-cü il təvəllüdlü Teymurov Ruslan İlyas oğlu naməlum şəxslə mübahisə nəticəsində sol döş qəfəsindən bıçaqlanıb.
Yaralı təcili Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.


Baxış sayı: 580


Bölməyə aid digər xəbərlər