Bütün xəbərlər
Tarix elmləri namizədi, dosent Abutalıb Ağa oğlu Qasımov bu gün vəfat edib
Tarix: 13-12-2018 00:05 | Bölmə: Cəmiyyət
Tarix elmləri namizədi, dosent Abutalıb Ağa oğlu Qasımov bu gün vəfat edib. Tanınmış ziyalı Abutalıb Qasımov doğulduğu Culfanın Saltaq kəndində dəfn edilib. Qeyd edək ki, A. Qasımov 1956-cı il may ayının 25-də Culfa rayonunun Saltaq kəndində kolxozçu, kəndli ailəsində anadan olub. 1973-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirib. O, 1975-1979-cu illərdə təhsil aldığı adıçəkilən İnstitutunun Tarix fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1979-1984-cü illərdə Culfa rayonunun Saltaq kənd orta məktəbində tarix müəllimi, 1984-1990-cı illərdə isə həmin məktəbin direktoru işləyən A. Qasımov, 1988-ci ildə Azərbaycan EA Tarix İnstitutunun Aspiranturasında qiyabi yolla təhsilini başa vurub, namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. A. Qasımov çoxsaylı elmi əsərlərin müəllifi idi. Tədqiqatlarında Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkib hissəsi kimi muxtariyyət statusu haqqında elmi cəhətdən əsaslandırmalar geniş yer almışdır. Alim 1990-1991-ci illərdə Culfa rayon partiya komitəsində şöbə müdiri, 1991-ci ilin iyun-avqust aylarında Naxçıvan Dövlət Universitetində (NDU) ilk partiya təşkilatı katibi, 1991-1994-cü illərdə NDU-da elmi katib, Azərbaycan tarixi kafedrasında baş müəllimi, 1995-ci ilin dekabr ayından isə həmin kafedranın dosenti vəzifəsində işləyib. Tanınmış ziyalı A. Qasımov 1994-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri, 1995- 2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini vəzifələrində işləyib. 1995-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. Mərhuma Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik.


Baxış sayı: 1 239


Bölməyə aid digər xəbərlər