Bütün xəbərlər
Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyi layihəsinin icrasına davam edir
Tarix: 28-04-2022 22:01 | Bölmə: Cəmiyyət

Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyinin “Zəfər Tariximizi Yaşadaq” layihəsinin icrasınıdavam etdirilir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin məqsədi Azərbaycan həqiqətlərinin, 44 günlük vətən müharibəsi dövrünün, zəfər tariximizin təbliği istiqamətində tədbirlər keçirmək, gənclər arasında təbliğat-təşviqat işləri aparmaqdan ibarətdir. Layihə çərçivəsində 4 rayonda – Qax, Zaqatala, Oğuz və Şəkidə seçilmiş 4 məktəbdə, gənclər arasında mədəni tədbirlər keçirməklə Azərbaycanın bu tarixi zəfərini, milli-mənəvi dəyərləri və vətənpərvərlik hissini aşılamaq nəzərdə tutulmuşdur.
Belə ki, növbəti tədbir14 aprel 2022-ci il tarixində Zaqatalarayonunda–5 nömrəli orta məktəbdə keçirilib. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri üzrə İşin Təşkili şöbəsinin müdiri Anar Seyidov, Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Qurban Bayramov, jurnalist Almaniz Ələkbərov, müəllimlər, məktəblilər, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri olmaqla, 63 nəfər iştirak edib. Tədbir İB-in sədri Bahar Məmmədovanın çıxışı ilə başlayıb. O, Açılış mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dəvət olunmuş qonaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Daha sonra layihənin təlimçisi Qərənfil Rəhmanova zəfər tarixi ilə bağlı prezentasiya və videoçarx təqdim edib. Tədbir müddətində layihə köməkçisi Seyfəddin Rəhimov və qazilərə də söz verilib. Daha sonra məktəb şagirdlərinin hazırladığı bədii hissə təqdim olunub.
Sonda məktəbin direktoru Xanım Hacıyeva və məktəbin şagirdləri təşəkkürnamə ilə təltif olunub.
Qeyd edək ki, layihə1 fevral 2022-ci il tarixindən 1 may 2022-ci il tarixinə qədər müddəti əhatə edir.
Sabaha-inamla.az 













Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər