Bütün xəbərlər
Könül Kərimovaya qarşı dələduzluq edən qadın müğənninin 11 min manatını qaytarıb
Tarix: 29-11-2018 14:59 | Bölmə: Cəmiyyət

                                

Dələduzluqda təqsirləndirilən Məlahət Məmmədova Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovaya dəymiş zərərin 11 min manatını ödəyib.
"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, müğənniyə dəymiş 32 min manatdan yalnız 11 min manat ödənilib.
Prokuror çıxışında K.Kərimovanın məhkəmədə qaldırdığı mülki iddiasının təmin edilməsini istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 12-də davam etdiriləcək.
Xatırladaq ki, prokuror çıxışında M.Məmmədovanın 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.
O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.


Baxış sayı: 655


Bölməyə aid digər xəbərlər