Bütün xəbərlər
Kafedə içdi, tanışının qulağını kəsdi
Tarix: 22-11-2018 15:43 | Bölmə: Cəmiyyət

                     

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışına xəsarət yetirməkdə təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı İ.İbrahimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Proses davam edir.
İttihama görə, bu il iyunun 10-da Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İ.İbrahimli Şahin Əliyevlə mübahisə edib və şüşə qırığı ilə onun qulağını kəsib. Hadisəni törədən İ.İbrahimli həbs edilib.


Baxış sayı: 685


Bölməyə aid digər xəbərlər