01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
“İstehlak cəmiyyətinin qurbanına çevrilmiş qadınlar karyera, zahiri gözəllik və ailə arasında parçalanır”
Tarix: 22-01-2022 22:49 | Bölmə: Cəmiyyət
"Həqiqətən, ona Fatimə (kəsən) adının verilmə səbəbi, insanların ona olan mərifətdən kəsilməsidir ". (Onu layiq olduğu kimi tanımaq mümkün deyil)
İmam Sadiq
Seçim azadlığının ən fundamental dəyərlərdən biri sayılan dövrdə yaşasaq da, seçimlərin bir çox hallarda bizi qəliblərə saldığına şahid oluruq. İnsanlar sanki qeyri-iradi şəkildə müxtəlif tipajlara bölünür, geyimini, danışıq tərzini, bədən hərəkətlərini belə həmin tipajlara uyğunlaşdırır. Bir sözlə, qarşımıza çıxan insanın zahiri görünüşü ilə onun daxili aləmini deyil, hansı qəlibə düşdüyünü müəyyən edə bilərik. Siyasi baxışlardan tutmuş ən məhrəm arzulara qədər insanın daxili aləmi bütövlükdə bu tipajlara uyğunlaşır. Daxilimiz zahirimizin əsarətinə düşür. Özümüz ola bilmirik. Bu haqda heç düşünmürük də...
Bəlkə də, durumun belə olması marketinq təfəkkürünün dünyaya hakim olması ilə bağlıdır. Ötən əsrin əvvəllərində Yunq psixologiyaya arxetip anlayışı gətirəndə, insanların mənəvi iztirabına əlac tapmaq istəyirdi. Lakin, hər şeyi maddi mənfəət obyektinə çevirən istehlakçı mədəniyyət, arxetipləri də "özününküləşdirdi".
İnsanların iqtisadi davranışını proqnozlaşdırmaq və istiqamətləndirmək üçün onları hansısa davranış qəliblərinə salmamaq mümkün deyildi. Axı azad seçim illüziyası ilə insanların daxili aləminə hakim olmaq ələ düşən fürsət deyil. Təəssüf, bu prosesdə ən çox uduzma mövqeyinə düşən xanımlar oldu. Yunqdan sonra onun tələbəsi Cin Şinoda Bolen qadınlar üçün qədim yunan tanrıçalarının adını qoyduğu yeddi arxetip müəyyən edir: həyat bəxş edən ana, azadlığı sevən və emosional bacı, naz edən və arxa-dayaq axtaran qız, ailəni qoruyan arvad, özünü süsləyən və yaradıcılığa təşviq edən məşuq, özünə hakim olan və rasional düşüncəli məsləhətçi və mənəvi inkişafına fokuslanan arif. Müasir dövrdə qadınlar bu arxetiplər arasında seçim etməyə məhkumdur: ailə yolunu seçən karyeradan, karyera yolunu seçən ailədən, mənəviyyat yolunu seçən isə hər ikisindən imtina etməlidir.
Yəqin, bütün mədəniyyətlərdə qadına ayrılan ən müqəddəs rolun ana olduğunu desək, razılaşarsınız. Çünki, ana olmaq təkcə dünyaya övlad gətirmək deyil. Ana insanın ilk tanış olduğu və həmişəlik aşiq olduğu bir aləmdir. Yaşından asılı olmayaraq uşağın sonsuz güvəndiyi, arxalandığı, rahatlıq tapdığı bir aləm. İlk duyduğumuz səs onun ürək döyüntüsüdür. Ən şirin söz onun dilində, ən ləziz dad onun əllərində, ən ülvi sevgi onun qəlbində, ən doğma yer onun ağuşundadır. O, bizim dünyaya baxdığımız ilk pəncərədir. Bu pəncərədən gördüyümüz mənzərə əbədi olaraq şüurumuzda həkk olunur. Başqa sözlə desək, ana insana həm bioloji, həm ictimai, həm də mənəvi həyat bəxş edir. Bu səbəbdəndir ki, bir çox inkişaf etmiş ölkələrdə analıq dəyərlərinin sarsılması yalnız əhalinin demoqrafik durumuna deyil, həm də sosial davranışına və psixoloji halına da mənfi təsir göstərib. "Piter Pen nəsli", "mileniallar" və s. adlarla çağırılan həssas psixologiyalı, həyatda özünə yer tapa bilməyən, böyüdükdə belə uşaq kimi davranan, məsuliyyətdən qaçan, qısa zamanda şöhrət və qazanc əldə etmək istəyən, heç bir avtoritet tanımayan, çətinliklərə dözümsüz, depressiv, heçnəyi bəyənməyən bir gəncliyin yetişməsi məhz ötən əsrin 70-80-cı illərində ana məfhumunun dəyərsizləşməsi ilə bağlıdır. İstehlak cəmiyyətinin qurbanına çevrilmiş qadınlar karyera, zahiri gözəllik, cinsi meyillər, şəxsi inkişaf və ailə arasında parçalanır, radikal seçimlər qarşısında dururlar. Bunun nəticəsidir ki, yeni nəslin təmsilçiləri arasında "çayldfri" (uşaqdan azad) tendensiyası geniş yayılır, gənc ailələrin dağılması nəticəsində kimsəsiz uşaqların sayı artır, valideyinlərin psixoloji problemləri üzündən daha çox azyaşlılar zorakılığa məruq qalır. Buna oxşar problemlər ənənəvi cəmiyyətlərdə də mövcuddur. Analar o qədər daxili problemlərinə qərq olurlar ki, övladlarını eşidə bilmir və ya hirsini onlardan çıxarmağa çalışırlar. Bunun səbəbi isə, anaların deyil, qızların dəyərsizləşməsindədir.
Təbiət qızla oğlan arasında funksional fərqlər qoyub və bu fərqlər uşaqlıq illərindən özünü büruzə verir: qız insan növünü qorumalıdır deyə mühitə uyğunlaşır, oğlan isə insan növünü təkmilləşdirməlidir deyə yeniliklər axtarır. Qız mərkəzəqaçan, oğlan isə mərkəzdənqaçan qüvvədir. Qızın şıltaqlığı, dəcəlliyi də özünü göstərmək və diqqət cəlb etməkdən daha çox, özünə və ətrafdakılarına sevinc bəxş etməsi üçündür. Ona görə də, o sərt nəzarəti sevmir, ətrafdakıların onun pak qəlbinə güvənməsini istəyir. Bu etimad olmadıqda, üsyan baş verir, ailənin "qalası" çökür. Bir çox ənənəvi cəmiyyətlərdə qızları "təmiz" böyütmək üçün istəmədən onlarda özünəinmasızlıq, dəyərsizlik tərbiyə olunur. Qoz qabığına saldıqları həmin “sevgi” ilə bəslənən övladlarının bütün ənənəvi dəyərlərə üsyan etdiklərini gördükdə isə, heçnə anlamırlar. Qəddar qayınana və baldızlar, övlad qayğısında ifrata və təfritə varan analar, yersiz yerə qısqanclıq edən arvadlar, yanından ötənin hər sevgi vədinə inanan gənc qızlar, həyata və özünə inamını itirmiş aqressiv qadınlar - bunlar nə zamansa qəlbindəki sonsuz sevgiyə dəyər verilmədiyini görən, daim alçaldılan, sıxılan pak qızlar idi. Digər tərəfdən övladların tərbiyəsində cinsi fərqləri nəzərə almayan, bəzən isə qəsdən "cinssizliyi" tərbiyə edən cəmiyyətlər də eyni problemlərlə üzləşirlər. Çünki, nəticə etibarı ilə, istər özəlliyinə görə sərt nəzarət altında böyüsün, istərsə də özəlliyi nəzərə alınmadan tərbiyə olunsun - qızın içindəki ən ülvi hisslər, qadınlıq başlanğıcı realizə olmur və aqressiya mənşəyinə çevirilir.
Qız uşaqlarında qadınlıq başlanğıcının çiçəklənməsi onların yalnız ana kimi formalaşdırmır. Qadın həm də kişi ilə birləşərək yeni varlıq, fövqəlinsan yaradır. İnsaniyyət bir ali xüsusiyyət kimi kişiliklə qadınlığın ittifaqından doğur, qadınla kişi bir birini tamamlayaraq kamil insana çevirilirlər. Daim axtarışda olan kişiyə arxalana biləcəyi sabit dayaq gərəkdir. Daim mühiti qoruyan qadına yeniliklərə, dəyişikliklərə can atamaq üçün dəstək gərəkdir. Buradan da qadının məşuq və məsləhətçi arxetipi yaranır. Maddiləşmiş, mənəviyyatın dəyərsizləşdiyi dünyada nəzərdə tutulan məşuq və məsləhətçi yox. Məşuq ilham mənbəyi, yaradıcılığın stimuludur. Məsələhətçi isə sevgisi və ağlına əmin olduğun ən yaxın adam. Bu, başqalarına qarşı biganə qala bilməyən, cəmiyyət qarşısında məsuliyyət hiss edən, özü üçün arzuladığını başqalarına da arzulayan obrazlardır. Sevilən qadın, yəni ətrafdakıları hərəkətə gətirən, onlarda ülvi xüsusiyyətlər tərbiyə edən, onlarda quruculuğa və yaradıcılığa sevgi yaradan qadın. Məsləhətçi, yəni ictimai həyatın harmoniyasını qoruyan, onu sərtlik və zorakılıqdan saxlayan qadın. Bu qədər müharibə, münaqişə, nifrət, inamsızlıq içində insanlıq ayaqda qala bilirsə, qurub-yaradırsa, sevib-sevilməyə çalışırsa, şübhəsiz ki, bu, qadınların zəhmətidir.
Müxtəlif mədəniyyətlərdə qadın başlanğıcı ilahi hikməti və sevgini tərənnüm edir. İslam irfanında da kişi ilahi əmri simvolizə edirsə, qadın - həmin əmri doğuran ilahi sevgini. Yaradılış Allahın sevgisindən doğan "Ol!" əmrindən başladı. Məhz buna görə, qadının Allaha yaxınlaşması və mənən güclənməsi daha asandır. Lakin, digər funksiyaları yerinə yetirmədən qadının layiq olduğu bu məqama yüksəlməsi mümkünsüzləşir. Həyat bəxş edib onun davamlılğını təmin etmək, şəxsiyyət yetişdirib insanları daxilən kamilləşdirmək, yaratmaq və yaradıcılığa təşfiq etmək, sevib-sevilmək istedadı bütün qadınlara xasdır və bu xüsusiyyətlər bir qadında cəmləşdikdə o, Allaha qovuşur. Tarixən olduğu kimi bu gün də qadınlar bu örnəklər arasında seçim qarşısında qalırlar. İş, ailə, şəxsi inkişaf və digər sahələr üz-üzə qoyulur. Amma qadın bütün bu xüsusiyyətləri özündə ehtiva edə bilər. Onun buna gücü də çatar, yetər ki gücünə inansın. İnanmaq üçün isə real örnək gərəkdir. Qadının əşyaya bərabər tutulduğu bir mühitdə dünya tarixini dəyişən böyük şəxsiyyətlərin - Peyğəmbərin, Əlinin, Həsənin və Hüseynin sığınacaq yeri olan Fatimə örnəyi. O, müqəddəs ailənin dayağı, tarixi təlatümlər içində boğulan sivilizasiyanın yolgöstərən ulduzu, əzəmətli mədəni irsin ilham mənbəyi və ilahi eşq yolçularının bələdçisidir. O, bəşəriyyətin itirdiyi, amma nə zamansa mütləq qovuşacağı uca ANAdır.
Baxış sayı: 445
Bölməyə aid digər xəbərlər

27-09-2026, 22:07
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
27-09-2026, 21:28
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
24-09-2026, 22:52
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
24-09-2026, 22:43
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
24-09-2026, 18:39
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
24-09-2026, 15:43
Məşqçinin ayı hücumu nəticəsində ölməsindən sonra cinayət işi açılıb
24-09-2026, 15:31
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
23-09-2026, 21:09
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
23-09-2026, 19:35
Taxıl elevatorunda bir qadın ölüb
23-09-2026, 19:09
Sərxoş kişi kafedə qarışıqlıq yaradıb
22-09-2026, 18:28
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22-09-2026, 17:39
18 yaşlı yeniyetmə kazinoda pul itirdikdən sonra intihar edib
22-09-2026, 17:29
Fırıldaqçıların əmri ilə iki binanı yandırdı
21-09-2026, 19:11
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21-09-2026, 18:40
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
17-09-2026, 17:45
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17-09-2026, 17:31
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
16-09-2026, 20:48
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
16-09-2026, 19:32
Prokuror sui-qəsd cəhdində üçüncü təqsirləndirilən şəxsə 22 il həbs cəzası istəyib
16-09-2026, 19:24
İntim fotolar göndərdiyinə görə iki qadın məhkəmə qarşısına çıxacaq
15-09-2026, 18:22
İtkin düşən 12 yaşlı oğlan sağ tapılıb
15-09-2026, 18:19
Keçmiş meri öldürən nəvə qonşularına yalan danışdı
14-09-2026, 17:56
Bir kişi yanğını görüb iki çoxuşaqlı ailəni fövqəladə vəziyyət barədə xəbərdar edib
14-09-2026, 17:52
Metro stansiyası yaxınlığında bir qadını bıçaqlayan kişi saxlanılıb
14-09-2026, 17:41
Kafedə zəhərlənmədən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib
14-09-2026, 17:37
Ər arvadını boğub
13-09-2026, 17:04
Əhdi həmin videosuna görə saxlanıldı
13-09-2026, 17:01
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
13-09-2026, 11:20
Polis iki yeniyetməni vuran sürücünü axtarır
10-09-2026, 18:47
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
10-09-2026, 17:37
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
9-09-2026, 14:44
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
9-09-2026, 12:52
İntiqam almaq üçün internat məktəbinin qapılarını yandırdı
9-09-2026, 12:41
Xəyanət cəhdində ittiham olunan saxlanılıb
8-09-2026, 19:04
Qətl şübhəsi ilə saxlanılıb
7-09-2026, 16:21
Logistika şöbəsinin rəisi saxlanılıb
6-09-2026, 20:33
Qıza atəş açan yeniyetmə ev dustaqlığına buraxılıb
6-09-2026, 20:08
Üç yaşlı oğlan pəncərədən yıxıldıqdan sonra sağ qalıb
3-09-2026, 18:22
Arvadını qətlə yetirməkdə ittiham olunan həbs edilib
3-09-2026, 17:51
Nənə iki yaşlı nəvəsini yanan evdən xilas edə bilməyib
3-09-2026, 12:54
Ata oğlundan pul qoparmaq üçün özü adam oğurluğunu təşkil edib
2-09-2026, 19:26
Müəllimə hücumdan sonra dərslər adi qaydada davam edir
1-09-2026, 19:59
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb