Bütün xəbərlər
İcra Hakimiyyəti 31 yaşlı qazinin fəryad dolu videoşikayətini nəzarətə götürdü
Tarix: 20-09-2021 13:19 | Bölmə: Cəmiyyət



Cəlləbad rayonu Göytəpə qəsəbəsində yaşayan 31 yaşlı qazi Fariz Hidayət oğlu Ağayevin etirazını əks etdirən video yayılıb. 
"Rupor" xəbər verir ki, qazi videosüjetdə aldığı yaralardan sağlamlığını itirdiyini və ağır vəziyyətdə olduğunu deyir. Bildiri ki, ona heç nə lazım deyil, təkcə müalicə almaq istəyir, əvvəlki sağlamlığına qovuşmaq istəyir. 
Təbii ki, biz həmin videonu təqdim etmirik. Çünki inanmaq olmur, qazi Yaşat Fonduna müraciət etsin və onun istəyi cavabsız qalsın. Çox təəssüf həmin videoya şərh yazanlar heç bir dəqiqləşdirmə aparmadan dövlətin ünvanına kəskin ifadələr işlədirlər. 
Vəziyyətə aydınlıq gətirmək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyəti hüquq şöbəsinin müdiri Məmmədzadə Əliyev telefon zəngimizə cavabında bildirdi ki, rayon ərazisində şəhid ailələrinə, qazilərə, veteranlara böyük diqqət və qayğı göstərilir, mütəmadi olaraq, bu zümrədən olan ailələrlə görüşlər olur, onların problemlərinin anındaca aradan qaldırmasına daim böyük səy göstərilir. 
Qazi Fariz Ağayevin şikayətinə gəldikdə isə şöbə müdiri bu barədə məlumatsız olduğunu, tez bir zamanda məsələni araşdırıb saytımızı məlumatlandıracağını bildirdi. 


Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər