Bütün xəbərlər
Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
Tarix: 26-07-2021 11:55 | Bölmə: Cəmiyyət


Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşları böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva və elmi işçi, doktorant Leyla Həsənova Quba rayonunda ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya müddətində Quba rayonunun Xınalıq kəndi ərazisindəki otlaq sahələri, dağlıq ərazilər və çay vadilərinə baxış keçirilib, materiallar toplanılıb. Əməkdaşlar mövzularına uyğun olaraq çöl siçanı növlərinə aid materialları tədqiq etmək üçün laboratoriyaya gətiriblər.





Baxış sayı: 319


Bölməyə aid digər xəbərlər