Bütün xəbərlər
"Xarı bülbül Şuşamızın tacıdır" - Nazir müavini
Tarix: 28-04-2021 10:11 | Bölmə: Cəmiyyət

                  "Xarı bülbül Şuşamızın tacıdır"- Nazir müavini



"Xarı bülbül çoxillik ot bitkisidir".
Unikal.org xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycada Ophris-quşsəhləbi consi bitkisinin bütün növləri xalq arasında bu adla adlanır və üç növü var.
"Bunlar Qafqaz quş səhləbi, Arı quş səhləbi və Mozalan quş səhləbi bitkiləridir. Bunların üçünü də ümumiləşdirib Xarı bülbül adlandırmaq olar. Əfsanədə olduğu kimi, bülbül və sinəsinə qonmuş arı. Əsl Xarı bülbül Şuşada rast gəlinəndir və həqiqətən də, Şuşamızın tacı və florasının birinci simvoludur", - nazir müavini söyləyib.


Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər