Bütün xəbərlər
“Kim nə qədər cərimə toplasa, onun maaşına əlavə edilir”
Tarix: 27-04-2021 12:48 | Bölmə: Cəmiyyət

                   “Kim nə qədər cərimə toplasa, onun maaşına əlavə edilir”


Deputat Siyavuş Novruzov bir sıra qurumlarda çalışan işçilərin əməkhaqqının yığılan cərimələrdən formalaşması məsələsinə etiraz edib.
“Qafqazinfo” xəbər verir ki, deputat qeyd edib ki, prokurorluq orqanlarının əməkdaşlarının maaşlarının 25 faizi  yığılan cərimələrdən formalaşır: “Eləcə də, digər qurumlarda da bu var. Bildirilir ki, cərimələr onların sosial rifahına ayrılır. Onda səhiyyə, təhsil sahələri nə etməlidir? Onlar kimi cərimələməlidirlər ki, onların əmək haqqına əlavə edilsin.
Bu sistem qurumlarımız arasında ayrı-seçkilik yaradır. Kim nə qədər pul toplasa, onun əməkhaqqısına əlavə edilir. Bəs bizim ərazi bütövlüyümüzü qoruyan hərbçilərin əməkhaqqısının artımı nəyin əsasında formalaşdırılmalıdır? Ümumilikdə qərar qəbul etməliyik ki, ya hər kəsin, ya da heç kimin”.


Baxış sayı: 402


Bölməyə aid digər xəbərlər