Sumqayıt şəhər Təhsil şöbəsinin təşəbbüsü ilə koronavirusa qarşı gənc məktəb rəhbərlərindən ibarət qərargah yaradıldı və maarifləndirmə tədbirlərinə qoşuldular
Tarix: 23-03-2020 22:16 | Bölmə: Sosial
                
13. 02. 2020 tarixində Sumqayıt şəhər icra başçısının 24 nömrəli sərəncamı ilə operativ qərargah yaradıldı. Sumqayıt Təhsil şöbəsinin müdiri Arzu Alızadə həmin qərargahın üzvüdür. Arzu Alızadənin Sabaha-inamla.Az-a verdiyi məlumata görə Təhsil nazirinin 02.03.2020 ci ik tarixli F-155 nömrəli əmrini nəzərə alaraq bütün tədris müəsisələrində təlim- tədris prosesinin dayandırılması və dezinfeksiya işlərinin aparılması ilə bağlı müvafiq işlər görülmüşdür. GEM tərəfindən Sumqayıtda olan bütün ümumtəhsil məktəbləri 2 dəfə ayrı- ayrı tarixlərdə dezinfeksiya olunub. Koronovirusadan qorunma və mübarizə tədbirlərinin aparılması məqsədi ilə məktəb rəhbərləri ilə şəhərin baş infeksionist həkimi Sehri Babayevin görüşü təşkil edilmiş və görüşdən əldə edilən məlumatlar , qabaqlayıcı tədbirlərin görülməsi məktəbin müəllim, şagird və valideynlərinə çatdırılmışdır. Hal hazırda ölkə rəhbəri cənab İlham Əliyevin əhaliyə olan müraciətini, eyni zamanda şəhər rəhbərinin tövsiyələrini nəzərə alaraq şəhərin gənc məktəb direktorlarından ibarət qərargah yardılmışdı. Əhali arasında maarifləndirmə işlərinin aparılması və “evdə qal” kompaniyasına qoşulmaq məqsədi ilə qərargah üzvləri şəhərin əhali sıx olan yerlərində olmuş və şəhər əhalisini Nazirlər kabinetinin operativ qərargahının qaydalarına riayət etməyə çağırmışlar.
Günel Məmmədli
Sabaha-inamla.Az









Baxış sayı: 2 396


Bölməyə aid digər xəbərlər