Bütün xəbərlər
lham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib — FOTO
Tarix: 21-02-2020 00:46 | Bölmə: Siyasət

lham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.
"Ölkə.Az" xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoyub.


Baxış sayı: 432


Bölməyə aid digər xəbərlər