Bütün xəbərlər
Acun Əmraha 84 min təzminat verəcək
Tarix: 11-01-2020 22:37 | Bölmə: Mədəniyyət

                  Acun Əmraha 84 min təzminat verəcək

Türkiyənin məşhur müğənnisi Əmrahın “TV 8”in sahibi Acun Ilıcalı ilə uzun müddətdir davam edən məhkəmə çəkişməsi başa çatıb.
"Qafqazinfo" “Haber Global”a istinadən xəbər verir ki, sənətçi "Acun Medya"nın "O səs Türkiyə" və "Rising star" yarışmalarında "Unuta bilsem", "İhtiyacım var" və "Götür beni gittiğin yere" mahnılarını icazəsiz səsləndirdiyini bildirib. Bu səbəbdən hakim müğənninin müəllif hüquqlarının pozulduğunu qeyd edərək hökm oxuyub. Qərara əsasən, 3 əsər üçün Əmraha maddi zərərə görə 54 min, mənəvi zərərə görə isə 30 min türk lirəsi təzminat veriləcək.
Qeyd edək ki, ifaçı "Acun Medya"dan 149 min lirə təzminat tələb etmişdi.


Baxış sayı: 558


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya