23:02 / 12-11-2026
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
22:57 / 12-11-2026
Rusiya milli futbol komandası yoldaşlıq oyununda Özbəkistanı məğlub etdi
22:53 / 12-11-2026
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur ev dustaqlığına buraxılıb
22:48 / 12-11-2026
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
22:44 / 12-11-2026
Zarubin, Vitkovun Kremldə Putinlə görüşündə necə cəfəngiyat danışmağa başladığını danışdı
22:36 / 12-11-2026
Yataqxananın yaxınlığında tanışına bıçaqla hücum etdi
18:43 / 12-11-2026
Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb-Könül Nurullayeva
18:40 / 12-11-2026
Rusiya nümayəndə heyətinin Əbu-Dabi ətrafındakı hərəkətlərini lentə almaq cərimə ilə nəticələnə bilərdi
18:36 / 12-11-2026
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
18:33 / 12-11-2026
Kanye West pərəstişkarı ləğv edilmiş konsert təşkilatçısına qarşı 800.000 rublluq iddiasını geri götürüb
18:29 / 12-11-2026
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
18:26 / 12-11-2026
Polkovniki partlatmaq üçün istifadə edilən partlayıcı qurğu Baltikyanı ölkələrdən isti hava şarı ilə çatdırılıb
18:21 / 12-11-2026
Polşa Konstitusiya Məhkəməsinin sədri Svetskovski işə buraxılmayıb
18:18 / 12-11-2026
Keçmiş Playboy modeli Zelenskidən mükafat aldı
18:15 / 12-11-2026
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
18:11 / 12-11-2026
Vitkov Zelenskiyə Putinlə danışıqlarının nəticələri barədə məlumat verəcək
18:08 / 12-11-2026
Vitkoff Rusiya ilə Ukrayna arasında qarşıdan gələn məhbus mübadiləsini irəliləyiş adlandırdı
18:06 / 12-11-2026
Paşinyan "elit" Dublin otelində ayaqqabı mıxının olmamasından şikayətləndi
18:02 / 12-11-2026
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
09:37 / 12-11-2026
Yoldan keçənlərə paylamaq üçün mağazadan ərzaq oğurlayıb
09:35 / 12-11-2026
Vitkoff və Kuşner Kreml danışıqlarından əvvəl Dmitriyevlə görüşəcəklər
23:45 / 11-11-2026
Dvalişvili Usman Nurməhəmmədovu Əbu-Dabidə ona hücum etməkdə günahlandırır
23:40 / 11-11-2026
Kallas bildirib ki, Rusiya Əbu-Dabidə danışıqlar yolu ilə sanksiyaların qaldırılmasını istəyir
22:00 / 11-11-2026
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
21:56 / 11-11-2026
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının işçisini Enerhodardakı evində öldürdü
21:51 / 11-11-2026
Nebenzya Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin vəfatı ilə bağlı başsağlığı verib
21:46 / 11-11-2026
Venesuela illərdir ilk dəfə ABŞ-a təmir üçün neft avadanlıqları göndərib
21:42 / 11-11-2026
NATO kəşfiyyat təyyarəsi Qara dəniz üzərində 9 saatdan çox vaxt keçirib
21:39 / 11-11-2026
Rusiyanın gənclərdən ibarət futbol komandası Türkiyəyə uçuşu ilə bağlı problemlərlə üzləşib
21:32 / 11-11-2026
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
21:28 / 11-11-2026
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
20:18 / 11-11-2026
Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etmədiyini bildirdi
20:14 / 11-11-2026
Kreml: "Amerikalılarla ünsiyyət davam edəcək"
20:03 / 11-11-2026
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
19:55 / 11-11-2026
Soyuducuda təqaüdçülərin parçalanmış cəsədləri tapılıb
19:47 / 11-11-2026
Kuşner Putinlə Avropanın Ukrayna danışıqlarındakı iştirakını müzakirə edəcək
ESTRADA SƏNƏTİMİZİN İLK ŞOUMENİ QORXMAZ ƏLİLİCANZADƏ -Nərminə Ağayeva
Tarix: 08-01-2020 23:58 | Bölmə: Mədəniyyət
Azərbaycanın məşhur estrada, teatr, kino, televiziya aktyoru, respublikanın əməkdar artisti Qorxmaz Əlilicanzadə fərqli yaradıcılıq üslubu və maneraları ilə uzun illərdir ki, tamaşaçıların yaddaşında özünə mötəbər yer qazana bilib. “Arşın mal alan” (1964) filmindəki ilk kiçik rolu ilə çox erkən yaşlarından sənət ömrünün təməlini qoyan Qorxmaz Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyoru fakültəsində SSRİ Xalq artisti Adil İskəndərovun tələbəsi olub.
Estrada sənəti ilə1970-ci illərdən məşğul olmağa başlayan aktyor az bir müddətdə bu sənətin sirrlərinə dərindən yiyələnərək 1983-cü ildə I Respublika estrada artistləri müsabiqəsinin laureatı adına layiq görülür. Populyar xarici estrada ustadlarından sənət sirrlərini əxz edən aktyor dəfələrlə Rusiyada keçirilən konsertlərdə Azərbaycanın təmsilçisi olaraq özünəməxsus səs tembri, cəlbedici ifa maneraları ilə rus dilində söylədiyi monoloqlarla diqqət çəkir. Qorxmazın fitri istedadının formalaşmasında bu dövrün çox məşhur sənətkarı, Rusiyanın Çaplini adlandırılan SSRİ xalq artisti Aleksandr Raykinin, səhnəmizin korifeyləri Nəsibə Zeynalova və Əlağa Ağayevin böyük təsiri olmuşdur.
Qorxmaz Əlilicanzadə uzun illər “Azkonsert” qastrol birliyində konferansye vəzifəsində çalışır; 1985-ci ildə özünün “Miniatür Teatrı”nı yaradır və Dövlət Filarmoniyasında həftədə bir dəfə konsertlər verir. Hazırladığı yumoristik səhnəciklərdə həm aktyor, həm rejissor olaraq çalışır, monoloq, kuplet, parodiyalarla tamaşaçılara mənalı, düşündürücü, ağayana gülüş bəxş edirdi. “Bir kəlmə xoş söz”, “Deməsəm ölləm” adlı əyləncəli estrada tamaşaları ilə Bakıda və Azərbaycanın rayonlarında uğurlu çıxışlar edir.
1980-ci illərdə Moskvada keçirilən “Aleksandr Şou” proqramına qatılır, “Oxşarlar festivalı” proqramının mərkəzi olan Riqa şəhərinə səfər edir və konsert rəhbərləri ilə kontraktlar bağlayıb bu layihəni Azərbaycanda təşkil etməyə çalışır. O illərdə sovet estrada ustaları Qorxmazı rəğbətlə qəbul edir, konsertlərdə tərəfi-müqabil olaraq faydalı əməkdaşlıq şəraiti yaradırdılar. İstedadlı yumor ustamız 1985 və 1987-ci illərdə 15 respublika estrada artistlərinin iştirakı ilə keçirilən Ümumittifaq Estrada Artistləri müsabiqələrində ilk azərbaycanlı olaraq laureat adını qazanır. SSRİ-nin 70 illiyi tədbirində Kremlin konsert salonunda G.Xazanov, B.Brunov, A.Polişuk və digər məşhurlarla eyni konsertdə iştirak edir, uğurlu çıxışları ilə tamaşaçı rəğbəti qazanır.
Eksperimentator olaraq əldə etdiyi zəngin təcrübələrin nəticəsi kimi 1990-cı ildə Bakıda Azərbaycan Estrada Teatrını yaradır və iyun ayında estrada sənəti tarixində ilk dəfə “Oxşarlar festivalı”nı keçirir; heyrətamiz qabiliyyətlə mürəkkkəb ifa anturajını yarada bilir. “Alma almaya bənzər” ilk şou-proqramla ölkəmizdə şou-proqramlar və şou-biznesin təməlini qoyur. Həmin ildə Gənc Tamaşaçılar Teatrının səhnəsində hazırladığı “Çərxi-fələk” adlı intellektual əyləncəli proqram Dövlət televiziyasında yayımlanır. 1991-ci il oktyabr ayında Bakı Dövlət Sirkində nümayiş edilən növbəti şou-proqram - “Şou Əlili və ya sirrlər xəzinəsində” adlı estrada mərəkəsi ilk gündən tamaşaçılar tərəfindən sevilir. 1993-cü ildə “Şou Əlili” adlı yeni estrada proqramını öz tamaşaçılarına təqdim edir. 1996-cı ildə Şəhriyar adına Mədəniyyət mərkəzində “Qorxmaz Əlili təqdim edir” adlı yeni əyləncəli proqramı ilə Estrada teatrı yeni mövsümünü açır. Paralel olaraq, ayda bir dəfə, “Nəğmə çələngi” adlı musiqili-əyləncəli proqramla televiziya tamaşaçılarının görüşünə gəlir.
Bütün bunların nəticəsi olaraq öz şouproqramlarının sponsoru, antreprezioru, rejissoru, aparıcısı olan Qorxmaz Azərbaycanın ilk “şoumen”i kimi tarixdə qaldı. Yaşıl Teatrda anşlaqla keçən şouproqramlar o illər üçün, əlbəttə ki, çox böyük yenilik olmaqla bərabər, Qorxmazın heyrətamiz istedad və təşkilatçılıq qabiliyyətini də sərgiləyirdi. Bu gün teatr-kino, konsert səhnələrində çıxış edən bir çox tanınmış aktyorlar və müğənnilər Qorxmazın sənət yapıncısından çıxmışlar.
1993-1996-cı illərdə Rauf İçərişəhərlinin “Evlənmək istəyirəm” (qurluşçu rejissor Şahmar Qəribli), Eduard de Filipponun “Silindir”
(qurluşçu rejissor Bəhram Osmanov) pyeslərinin tamaşaları Estrada Teatrının repertuarına daxil edildi.
QORXMAZ ƏLİLİCANZADƏ CƏNNƏT XALA ROLUNDA
Tamaşalara estrada sənətinin tələbləri və janr qanunlarına uyğun quruluşlar verilmişdi. Bu tamaşalarda Muxtar Avşarov, Nuriyyə Əhmədova, Bəsti Cəfərova, Allahverdi Yolçuyev, Vahid Əliyev, Elşən Çarhanlı, Nahidə Orucova və digər populyar aktyorlar ilk dəfə olaraq estrada janrlı tamaşalarda öz sənət qabiliyyətlərini sınayırdılar.
Qorxmaz Əlilicanzadə Azərbaycan meyxana sənətinin intişarı istiqamətində də bir sıra yeniliklər edərək 1992-ci ildə ilk dəfə olaraq “I Respublika Meyxana Müsabiqəsi”ni, 1998-cu ildə isə “II Respublika Meyxana Müsabiqəsi”nin müəllifi, təşkilatçısı və prodüseri qismində uğurlara imza atır və bununla da o dövrdən başlayaraq meyxana sənətinəyeni həyat və populyarlıq gətirir.
Teatr səhnəsində əldə etdiyi uğurlarla yanaşı, Qorxmaz özünü atası, böyük sənətkar mərhum Məmməd Əlilidən miras qalan kino sahəsində də harmonik şəkildə çarpazlaşdırır. Azərbaycanfilmin istehsalı olan bir sıra məşhur “Yuxu” (qəsəbə sakini), “Qala” (film direktoru), “Ölüm növbəsi” (Əmirqulu), “Vəkil hanı?” (Dadaş Rəhimov), “Axırıncı dayanacaq” (Qəmbər), “Tərsinə çevrilmiş dünya” (Siyavuş), “Sübhün səfiri” (Molla İbrahimxəlil) və s. filmlərdə insan hisslərinin dərinliyinə nüfuz etmək, aktyor psixotexnikasına mükəmməl yiyələnməqabiliyyəti ilə kontrastlı, fərqli və unudulmaz xarakterik obrazlar silsiləsi yaradır. Rejissor Ə.Muradovun “Güllələnmə təxirə salınır” filmində, həmçinin F.Əliyevin “Yuxu” filminin son kadrlarında əvəzsiz səhnə ulduzu Nəsibə Zeynalovanın rolunu səsləndirib.
Ümumiyyətlə, Qorxmazın aktyor yaradıcılığının bu qədər rəngarəng polifoniyasında misilsiz yüksəlişlər əldə etməsində müqtədir sənətkarımız Nəsibə xanımın fövqəladə rolu olmuşdur. Səhnəyə ilk gəlişindən Nəsibə xanım bu gənc, istedadlı oğlana sənət qayğısını, xeyir-duasını əsirgəməyərək, hər zaman öz ustad dərsləri ilə ona peşə incəliklərini öyrədib. Qorxmaz səhnəmizinvə kinomuzun xanım-xatın incisinin peşəkarlığından daima öyrənirdi və ona öz minnətdarlığını sənətkarlıq bağlılığı ilə ifadə edirdi. Tamaşaçılar bir neçə gün əvvəl İTV efirində yayımlanan 2019-cu ilin son verilişi olan “Oxşarabad-2” filmində Qorxmazın yüksək peşəkarlıq, incə həssaslıq, məlahətli, yanğılı səs tembri və sonsuz sevgi ilə təqdim etdiyi Nəsibə xanımın Cənnət xala monointermediyasında buna bir daha şahid oldular.
Çox istiqamətli yaradıcılıq palitrasına malik Qorxmaz animasiya sahəsində də xeyli dəyərli işlər görmüş, bir neçə cizgi filmində müxtəlif canlıların obrazlarını səsləndirmişdir. Maraqlı olan budur ki, Qorxmaz hər cizgi filmində 3-5 obrazı fenomenal keyfiyyətlə eyni vaxtda səsləndirirdi.
Azərbaycan televiziya efirində Qorxmazınaparıcısıolduğu bir sıra verilişlər tamaşaçılara yüksək zövq aşılayırdı. Onun duzlu, məzəli, bənzərsiz lətifələri, sketçləri, parodiyaları,muğam mövzulu verilişlərdə isə söylədiyi maraqlı və məzmunlu fikirləridaima tamaşaçıların diqqət mərkəzində olur. Qorxmazın son dövr maraqlı və baxımlı işləri işərisində “Qaynana”, “Babayevlər ailəsi”, “Hippokratın andı”, “Sənin deyil”, “Durnalar qayıdanda”, “Bizim restoran” seriallarını da qeyd edə bilərik.
Q.Əlilicanzadə estrada artisti, estrada rejissoru, konferansye, şoumen, ssenarist, muğam ifaçısı, həm də bariton-tenor səsə malik estrada müğənnisi kimi fəaliyyət göstərir. H.Cavidin “Şeyx Sənan”tamaşasına F.Əmirovun bəstələdiyi Kor Ərəbin mahnısının ifaçısı, C.Cahangirovun “Füzuli” kantatasının (1998-ci ildə, kişi müğənnilər arasında ilk dəfə), E.Mansurov, X.İsmayılqızı, N.Əzimov və digər bəstəkarların mahnılarının, eləcə dəR.Məmmədovun “Azərbaycan futbolu” və “Yaşa futbol”, N.Dadaşovun “İçərişəhər” mahnılarının isə ilk ifaçısıdır.

Estrada sənətinin praktikasından əldə etdiyi bütün bu mükəmməl uğurlardan sonra Qorxmaz Əlilicanzadə elm sahəsində də kifayət qədər sanballı nailiyyətlərlə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent olaraq nəzəri elmi fəaliyyət göstərir. “Azərbaycan milli estrada sənətinin yaranması və təşəkkülü tarixi”, “Qəzəl və meyxana sənətində Məşədibaba fenomeni” kitablarının müəllifidir, hazırda isə “Orta əsərlər milli estrada sənəti janrlarının təşəkkülü və inkişaf tarixi” adlı elmlər doktoru dissertasiyası üzərində tədqiqat işi aparır.
Göründüyü kimi, Qorxmaz estrada ifaçılığının bütün janrlarında özünün fitri istedadını, ifadə vasitələrinin detallı konsentrasiyası, parlaq intermodulyasiya elementləri ilə birləşdirərək milli estrada sənətinin canlı tarixinin ilk yaradıcısıdır. Diqqətinizə çatdırdığım bütün bu işlərə keçən il daha bir yenilik əlavə olundu.
Reformator-sənətşünas Qorxmaz Əlilicanzadə müasir Azərbaycan ifaçılıq sənəti camesinə özünün ixtira etdiyi, hazırlanmasında peşəkar alət ustalarının qıtlığı səbəbindən çox böyük çətinliklərlə üzləşməsinə rəğmən beş müasir milli musiqi alətlərini ərsəyə gətirdi və bu alətlərin ilk ifaçıları olan A.Zeynallı adına Musiqi Kollecinin istedadlı ifaçı tələbələrindən ibarət yaradıcısı olduğu “Nur” ansamblının ilk möhtəşəm layihə təqdimatını Elgiz Əkbərin “Səhər-səhər”, Roza Zərgərlinin “Bakı vaxtı ilə” verilişlərində bu alətləri tamaşaçılara təqdim etməyə müvəffəq olaraq Azərbaycan musiqisində yeni tarix yarada bildi. Gələcəyin musiqi xəzinəsinə ərməğan kimi düşündüyü, milli Buta atributumuzla süslənmiş bu alətlər səs və diapozon təmizliyi, temb imkanları, sim fərqləri, müasir üslublu aşıqları, orta xərəyi, simgəri, üz pərdəsi, qolu, qol pərdələrinin sayı, pərdələrin rəngi və digər üstünlükləri ilə gələcəyin gənc ifaçıları üçün milli köklərə söykənən yeni fərqli səslənmə perspektivləri aça biləcəkdir.

İlk günlərini yaşadığımız 2020-ci ildə milii estrada sənətimizin, mədəniyyət və incəsənətimizin inkişafı, tərəqqisi və təbliği yolunda böyük zəhmətlərə qatlaşan ünlü sənətkar, əməkdar artist Qorxmaz Əlilicanzadəyə daha qüdrətli yaradıcılıq zirvələri arzulayırıq.
Nərminə Ağayeva,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 2 980
Bölməyə aid digər xəbərlər
Tarix: 08-01-2020 23:58 | Bölmə: Mədəniyyət
Azərbaycanın məşhur estrada, teatr, kino, televiziya aktyoru, respublikanın əməkdar artisti Qorxmaz Əlilicanzadə fərqli yaradıcılıq üslubu və maneraları ilə uzun illərdir ki, tamaşaçıların yaddaşında özünə mötəbər yer qazana bilib. “Arşın mal alan” (1964) filmindəki ilk kiçik rolu ilə çox erkən yaşlarından sənət ömrünün təməlini qoyan Qorxmaz Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyoru fakültəsində SSRİ Xalq artisti Adil İskəndərovun tələbəsi olub. Estrada sənəti ilə1970-ci illərdən məşğul olmağa başlayan aktyor az bir müddətdə bu sənətin sirrlərinə dərindən yiyələnərək 1983-cü ildə I Respublika estrada artistləri müsabiqəsinin laureatı adına layiq görülür. Populyar xarici estrada ustadlarından sənət sirrlərini əxz edən aktyor dəfələrlə Rusiyada keçirilən konsertlərdə Azərbaycanın təmsilçisi olaraq özünəməxsus səs tembri, cəlbedici ifa maneraları ilə rus dilində söylədiyi monoloqlarla diqqət çəkir. Qorxmazın fitri istedadının formalaşmasında bu dövrün çox məşhur sənətkarı, Rusiyanın Çaplini adlandırılan SSRİ xalq artisti Aleksandr Raykinin, səhnəmizin korifeyləri Nəsibə Zeynalova və Əlağa Ağayevin böyük təsiri olmuşdur.
Qorxmaz Əlilicanzadə uzun illər “Azkonsert” qastrol birliyində konferansye vəzifəsində çalışır; 1985-ci ildə özünün “Miniatür Teatrı”nı yaradır və Dövlət Filarmoniyasında həftədə bir dəfə konsertlər verir. Hazırladığı yumoristik səhnəciklərdə həm aktyor, həm rejissor olaraq çalışır, monoloq, kuplet, parodiyalarla tamaşaçılara mənalı, düşündürücü, ağayana gülüş bəxş edirdi. “Bir kəlmə xoş söz”, “Deməsəm ölləm” adlı əyləncəli estrada tamaşaları ilə Bakıda və Azərbaycanın rayonlarında uğurlu çıxışlar edir.
1980-ci illərdə Moskvada keçirilən “Aleksandr Şou” proqramına qatılır, “Oxşarlar festivalı” proqramının mərkəzi olan Riqa şəhərinə səfər edir və konsert rəhbərləri ilə kontraktlar bağlayıb bu layihəni Azərbaycanda təşkil etməyə çalışır. O illərdə sovet estrada ustaları Qorxmazı rəğbətlə qəbul edir, konsertlərdə tərəfi-müqabil olaraq faydalı əməkdaşlıq şəraiti yaradırdılar. İstedadlı yumor ustamız 1985 və 1987-ci illərdə 15 respublika estrada artistlərinin iştirakı ilə keçirilən Ümumittifaq Estrada Artistləri müsabiqələrində ilk azərbaycanlı olaraq laureat adını qazanır. SSRİ-nin 70 illiyi tədbirində Kremlin konsert salonunda G.Xazanov, B.Brunov, A.Polişuk və digər məşhurlarla eyni konsertdə iştirak edir, uğurlu çıxışları ilə tamaşaçı rəğbəti qazanır.
Eksperimentator olaraq əldə etdiyi zəngin təcrübələrin nəticəsi kimi 1990-cı ildə Bakıda Azərbaycan Estrada Teatrını yaradır və iyun ayında estrada sənəti tarixində ilk dəfə “Oxşarlar festivalı”nı keçirir; heyrətamiz qabiliyyətlə mürəkkkəb ifa anturajını yarada bilir. “Alma almaya bənzər” ilk şou-proqramla ölkəmizdə şou-proqramlar və şou-biznesin təməlini qoyur. Həmin ildə Gənc Tamaşaçılar Teatrının səhnəsində hazırladığı “Çərxi-fələk” adlı intellektual əyləncəli proqram Dövlət televiziyasında yayımlanır. 1991-ci il oktyabr ayında Bakı Dövlət Sirkində nümayiş edilən növbəti şou-proqram - “Şou Əlili və ya sirrlər xəzinəsində” adlı estrada mərəkəsi ilk gündən tamaşaçılar tərəfindən sevilir. 1993-cü ildə “Şou Əlili” adlı yeni estrada proqramını öz tamaşaçılarına təqdim edir. 1996-cı ildə Şəhriyar adına Mədəniyyət mərkəzində “Qorxmaz Əlili təqdim edir” adlı yeni əyləncəli proqramı ilə Estrada teatrı yeni mövsümünü açır. Paralel olaraq, ayda bir dəfə, “Nəğmə çələngi” adlı musiqili-əyləncəli proqramla televiziya tamaşaçılarının görüşünə gəlir.
Bütün bunların nəticəsi olaraq öz şouproqramlarının sponsoru, antreprezioru, rejissoru, aparıcısı olan Qorxmaz Azərbaycanın ilk “şoumen”i kimi tarixdə qaldı. Yaşıl Teatrda anşlaqla keçən şouproqramlar o illər üçün, əlbəttə ki, çox böyük yenilik olmaqla bərabər, Qorxmazın heyrətamiz istedad və təşkilatçılıq qabiliyyətini də sərgiləyirdi. Bu gün teatr-kino, konsert səhnələrində çıxış edən bir çox tanınmış aktyorlar və müğənnilər Qorxmazın sənət yapıncısından çıxmışlar. 1993-1996-cı illərdə Rauf İçərişəhərlinin “Evlənmək istəyirəm” (qurluşçu rejissor Şahmar Qəribli), Eduard de Filipponun “Silindir”
(qurluşçu rejissor Bəhram Osmanov) pyeslərinin tamaşaları Estrada Teatrının repertuarına daxil edildi.
QORXMAZ ƏLİLİCANZADƏ CƏNNƏT XALA ROLUNDATamaşalara estrada sənətinin tələbləri və janr qanunlarına uyğun quruluşlar verilmişdi. Bu tamaşalarda Muxtar Avşarov, Nuriyyə Əhmədova, Bəsti Cəfərova, Allahverdi Yolçuyev, Vahid Əliyev, Elşən Çarhanlı, Nahidə Orucova və digər populyar aktyorlar ilk dəfə olaraq estrada janrlı tamaşalarda öz sənət qabiliyyətlərini sınayırdılar.
Qorxmaz Əlilicanzadə Azərbaycan meyxana sənətinin intişarı istiqamətində də bir sıra yeniliklər edərək 1992-ci ildə ilk dəfə olaraq “I Respublika Meyxana Müsabiqəsi”ni, 1998-cu ildə isə “II Respublika Meyxana Müsabiqəsi”nin müəllifi, təşkilatçısı və prodüseri qismində uğurlara imza atır və bununla da o dövrdən başlayaraq meyxana sənətinəyeni həyat və populyarlıq gətirir. Teatr səhnəsində əldə etdiyi uğurlarla yanaşı, Qorxmaz özünü atası, böyük sənətkar mərhum Məmməd Əlilidən miras qalan kino sahəsində də harmonik şəkildə çarpazlaşdırır. Azərbaycanfilmin istehsalı olan bir sıra məşhur “Yuxu” (qəsəbə sakini), “Qala” (film direktoru), “Ölüm növbəsi” (Əmirqulu), “Vəkil hanı?” (Dadaş Rəhimov), “Axırıncı dayanacaq” (Qəmbər), “Tərsinə çevrilmiş dünya” (Siyavuş), “Sübhün səfiri” (Molla İbrahimxəlil) və s. filmlərdə insan hisslərinin dərinliyinə nüfuz etmək, aktyor psixotexnikasına mükəmməl yiyələnməqabiliyyəti ilə kontrastlı, fərqli və unudulmaz xarakterik obrazlar silsiləsi yaradır. Rejissor Ə.Muradovun “Güllələnmə təxirə salınır” filmində, həmçinin F.Əliyevin “Yuxu” filminin son kadrlarında əvəzsiz səhnə ulduzu Nəsibə Zeynalovanın rolunu səsləndirib.
Ümumiyyətlə, Qorxmazın aktyor yaradıcılığının bu qədər rəngarəng polifoniyasında misilsiz yüksəlişlər əldə etməsində müqtədir sənətkarımız Nəsibə xanımın fövqəladə rolu olmuşdur. Səhnəyə ilk gəlişindən Nəsibə xanım bu gənc, istedadlı oğlana sənət qayğısını, xeyir-duasını əsirgəməyərək, hər zaman öz ustad dərsləri ilə ona peşə incəliklərini öyrədib. Qorxmaz səhnəmizinvə kinomuzun xanım-xatın incisinin peşəkarlığından daima öyrənirdi və ona öz minnətdarlığını sənətkarlıq bağlılığı ilə ifadə edirdi. Tamaşaçılar bir neçə gün əvvəl İTV efirində yayımlanan 2019-cu ilin son verilişi olan “Oxşarabad-2” filmində Qorxmazın yüksək peşəkarlıq, incə həssaslıq, məlahətli, yanğılı səs tembri və sonsuz sevgi ilə təqdim etdiyi Nəsibə xanımın Cənnət xala monointermediyasında buna bir daha şahid oldular.Çox istiqamətli yaradıcılıq palitrasına malik Qorxmaz animasiya sahəsində də xeyli dəyərli işlər görmüş, bir neçə cizgi filmində müxtəlif canlıların obrazlarını səsləndirmişdir. Maraqlı olan budur ki, Qorxmaz hər cizgi filmində 3-5 obrazı fenomenal keyfiyyətlə eyni vaxtda səsləndirirdi.
Azərbaycan televiziya efirində Qorxmazınaparıcısıolduğu bir sıra verilişlər tamaşaçılara yüksək zövq aşılayırdı. Onun duzlu, məzəli, bənzərsiz lətifələri, sketçləri, parodiyaları,muğam mövzulu verilişlərdə isə söylədiyi maraqlı və məzmunlu fikirləridaima tamaşaçıların diqqət mərkəzində olur. Qorxmazın son dövr maraqlı və baxımlı işləri işərisində “Qaynana”, “Babayevlər ailəsi”, “Hippokratın andı”, “Sənin deyil”, “Durnalar qayıdanda”, “Bizim restoran” seriallarını da qeyd edə bilərik.
Q.Əlilicanzadə estrada artisti, estrada rejissoru, konferansye, şoumen, ssenarist, muğam ifaçısı, həm də bariton-tenor səsə malik estrada müğənnisi kimi fəaliyyət göstərir. H.Cavidin “Şeyx Sənan”tamaşasına F.Əmirovun bəstələdiyi Kor Ərəbin mahnısının ifaçısı, C.Cahangirovun “Füzuli” kantatasının (1998-ci ildə, kişi müğənnilər arasında ilk dəfə), E.Mansurov, X.İsmayılqızı, N.Əzimov və digər bəstəkarların mahnılarının, eləcə dəR.Məmmədovun “Azərbaycan futbolu” və “Yaşa futbol”, N.Dadaşovun “İçərişəhər” mahnılarının isə ilk ifaçısıdır.

Estrada sənətinin praktikasından əldə etdiyi bütün bu mükəmməl uğurlardan sonra Qorxmaz Əlilicanzadə elm sahəsində də kifayət qədər sanballı nailiyyətlərlə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent olaraq nəzəri elmi fəaliyyət göstərir. “Azərbaycan milli estrada sənətinin yaranması və təşəkkülü tarixi”, “Qəzəl və meyxana sənətində Məşədibaba fenomeni” kitablarının müəllifidir, hazırda isə “Orta əsərlər milli estrada sənəti janrlarının təşəkkülü və inkişaf tarixi” adlı elmlər doktoru dissertasiyası üzərində tədqiqat işi aparır.
Göründüyü kimi, Qorxmaz estrada ifaçılığının bütün janrlarında özünün fitri istedadını, ifadə vasitələrinin detallı konsentrasiyası, parlaq intermodulyasiya elementləri ilə birləşdirərək milli estrada sənətinin canlı tarixinin ilk yaradıcısıdır. Diqqətinizə çatdırdığım bütün bu işlərə keçən il daha bir yenilik əlavə olundu.
Reformator-sənətşünas Qorxmaz Əlilicanzadə müasir Azərbaycan ifaçılıq sənəti camesinə özünün ixtira etdiyi, hazırlanmasında peşəkar alət ustalarının qıtlığı səbəbindən çox böyük çətinliklərlə üzləşməsinə rəğmən beş müasir milli musiqi alətlərini ərsəyə gətirdi və bu alətlərin ilk ifaçıları olan A.Zeynallı adına Musiqi Kollecinin istedadlı ifaçı tələbələrindən ibarət yaradıcısı olduğu “Nur” ansamblının ilk möhtəşəm layihə təqdimatını Elgiz Əkbərin “Səhər-səhər”, Roza Zərgərlinin “Bakı vaxtı ilə” verilişlərində bu alətləri tamaşaçılara təqdim etməyə müvəffəq olaraq Azərbaycan musiqisində yeni tarix yarada bildi. Gələcəyin musiqi xəzinəsinə ərməğan kimi düşündüyü, milli Buta atributumuzla süslənmiş bu alətlər səs və diapozon təmizliyi, temb imkanları, sim fərqləri, müasir üslublu aşıqları, orta xərəyi, simgəri, üz pərdəsi, qolu, qol pərdələrinin sayı, pərdələrin rəngi və digər üstünlükləri ilə gələcəyin gənc ifaçıları üçün milli köklərə söykənən yeni fərqli səslənmə perspektivləri aça biləcəkdir.

İlk günlərini yaşadığımız 2020-ci ildə milii estrada sənətimizin, mədəniyyət və incəsənətimizin inkişafı, tərəqqisi və təbliği yolunda böyük zəhmətlərə qatlaşan ünlü sənətkar, əməkdar artist Qorxmaz Əlilicanzadəyə daha qüdrətli yaradıcılıq zirvələri arzulayırıq.
Nərminə Ağayeva,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 2 980
Bölməyə aid digər xəbərlər
Bu gün, 18:33
Kanye West pərəstişkarı ləğv edilmiş konsert təşkilatçısına qarşı 800.000 rublluq iddiasını geri götürüb
5-11-2026, 17:45
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
4-11-2026, 20:15
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
29-10-2026, 09:58
Bir şirkət Dolinaya sənətçinin görüntüləri üçün məhkəmə prosesini gözləmədən kompensasiya ödəyib
28-10-2026, 20:28
Qalkin "Qızıl Top" mərasiminə biletə təxminən 350.000 rubl xərcləyib
26-10-2026, 21:36
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
25-10-2026, 17:44
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
22-10-2026, 23:22
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
19-10-2026, 18:56
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18-10-2026, 21:58
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
18-10-2026, 21:39
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
15-10-2026, 19:13
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
6-10-2026, 20:04
Fazil Məmmədov nazir müavini təyin olundu
29-09-2026, 18:03
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
29-09-2026, 17:51
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır













