Bütün xəbərlər
"McDonald's" Qazaxıstanı tərk edə bilər
Tarix: 05-01-2023 10:14 | Bölmə: Sosial


Ukraynadakı münaqişə Rusiyadan ət tədarükündə fasilələrə səbəb olduğu üçün "McDonald's" Qazaxıstanı tərk edə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin jurnalistləri qeyd edirlər ki, Qazaxıstan müəssisələri sanksiyalara məruz qalmayıb və Rusiyada ət ala bilər, lakin "McDonald's" rəhbərliyi bunu qadağan edib.
Eyni zamanda, yerli tədarükçülərdən və ya Avropadan kotlet almaq baha başa gəlib.
Xatırladaq ki, 2022-ci ildə "McDonald's" Rusiyada fəaliyyətini dayandırdı və restoranların əksəriyyəti rusiyalı iş adamı Aleksandr Qovora satıldı və adını "Dasty" olaraq dəyişdirdi - vəssalam.


Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər