22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Nərimanov RİH-nin təşəbbüsü ilə çoxsaylı sosialyönümlü layihələr icra edilir” - Təmraz Tağıyev
Tarix: 29-07-2022 20:57 | Bölmə: Sosial

                   “Nərimanov RİH-nin təşəbbüsü ilə çoxsaylı sosialyönümlü layihələr icra edilir”


Bu gün Nərimanov bələdiyyəsində bələdiyyə üzvlərinin və qulluqçularının iştirakı ilə yerli özünüidarəetmə orqanının altıaylıq fəaliyyəti barədə hesabat müzakirə edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin və qazilərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Nərimanov RİH və Nərimanov bələdiyyəsi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini qeyd edərək, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq icra hakimiyyəti ilə əlaqəli tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Sədrin sözlərinə görə, məlum olduğu kimi, Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Hazırda dörd nəfər şəhid və qazi ailəsinin üzvü bələdiyyədə işlə təmin edilib. Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hər ay 49 nəfər şəhid, qazi və aztəminatlı ailəsi diqqətdə saxlanılmaqla onlara maddi yardımlar göstərilir. Bununla yanaşı, bələdiyyə şəhid ailəsinin üç azyaşlı övladını da himayəyə götürüb.
Görüşdə bələdiyyə sədri şəhid və qazi ailələrinin üzləşdikləri problemlərin bələdiyyənin daim diqqət mərkəzində olduğunu və həll edilməsi üçün lazımi köməyin bundan sonra da göstəriləcəyini qeyd edib.
Altı ay ərzində bələdiyyənin fəaliyyətində ciddi irəliləyişlərin olduğunu qeyd edən sədr bildirib ki, hazırda əsas məqsəd bələdiyyənin maliyyə resurslarını artırmaqla qarşılaşdığı problemlərin həllini sürətləndirmək, habelə bələdiyyənin sosialyönümlü proqramlarının həllini diqqətdə saxlamaqdır: “Bu gün bələdiyyəmiz vergiödəyicilərlə ciddi maarifləndirmə işinin və vergi uçotu işinin təşkilində yaranan problemlərin əlaqəli şəkildə həllinə çalışır”.
Tədbirdə çıxış edən bələdiyyə üzvləri və qulluqçuları altıaylıq fəaliyyətdən və xüsusilə sosialyönümlü layihələrin icrasından razılıqlarını ifadə ediblər.








Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu