Bütün xəbərlər
"Yeganə nazirdir ki, haqqımda xoş sözlər yazıb, jurnalistlik fəaliyyətimə qiymət verib"-Baş redaktor Misir Mərdanovu təbrik etdi
Tarix: 03-10-2021 17:50 | Bölmə: Sosial

    Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
    Bu xəbəri eşidib məndə sevindim. Nazir olduğu vaxtda ondan iki dəfə müsahibə almışam. Sadə səmimi insan olub. Yeganə nazirdir ki, haqqımda xoş sözlər yazıb, jurnalist fəaliyyətimə qiymət verib. Nazirin həmin yazısını bu günə kimi arxivimdə saxlayıram.
   Misir müəllimi Prezident tərəfindən bu yüksək mükafata layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah sizi qorusun, Misir müəllim. Sizə ancaq can sağlığı arzulayıram. 100 yaşayın!

Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az xəbər portalının baş redaktoru


Baxış sayı: 438


Bölməyə aid digər xəbərlər