Bütün xəbərlər
Deputat şəhidimizin ev muzeyinin açılışında iştirak edib...
Tarix: 12-05-2021 04:54 | Bölmə: Reportaj



Milli Məclisin deputatı Ceyhun Məmmədov Bəyləqan rayonunda yaşamış şəhidimizin ev muzeyinin açılışında iştirak edib. Həmçinin o, rayondakı şəhidlərin məzarını ziyarət edib. O özü sosial şəbəkədə bu barədə yazıb. Sabaha-inamla.az həmin yazını diqqətə çatdırır:
"Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Hüseynov Ruslan Vəli oğludur. Əslən Cəbrayıl rayonundan olan Ruslan Hüseynov 10.05.1988-ci ildə Beyləqan rayonu Bahar qəsəbəsində anadan olmuşdur. Xocavənd və Şuşaya gedən Qırmızı Bazar deyilən istiqamətdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Beyləqana ailəsinə baş sağlığı verməyə gedəndə şəhidimizin atası Ruslana ev muzeyi hazırladığını və tamamlayanda açılışı üçün bizi də dəvət edəcəyini bildirmişdir. Həmin gün bu gün idi. Söz verdiyimiz kimi şəhidimizin ev muzeyinin açılışında iştirak etdik, daha sonra Bahar qəsəbəsindəki şəhidlər məzarlığında uyuyan şəhidlərimizi ziyarət etdik, əziz ruhlarına dualar oxuduq. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın deyirik!"
Sabaha-inamla.az













Baxış sayı: 457


Bölməyə aid digər xəbərlər