Bütün xəbərlər
"Zaminbank"ın həbs edilən rəhbərindən XƏBƏR VAR
Tarix: 06-02-2021 14:14 | Bölmə: Reportaj

                        "Zaminbank"ın həbs edilən rəhbərindənXƏBƏR VAR


Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş Nadir İsmayılovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Unikal.org xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 19-a təyin edilib.
N.İsmayılov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilib. Cinayət işi üzrə 4 zərərçəkmiş tanınıb. Zərərçəkmişlər sırasında Əmanətlərin Sığortalanması Fondu və “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov da var.(report)



Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər