Bütün xəbərlər
Beyonce və Taylor Sviftin mahnıları 2022-ci ilin ən yaxşı mahnıları reytinqinə daxil edilib
Tarix: 06-12-2022 00:43 | Bölmə: Mədəniyyət


“Rolling Stone” jurnalı 2022-ci ilin 100 ən yaxşı mahnısının siyahısını dərc edib və bu siyahıda reper Bad Bunninin ifasında “Titi Me Pregunto” mahnısı birinci olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,jurnal həmçinin Beyoncenin yeddinci studiya albomu "Renaissance"-dan "Cuff It" mahnısını da qeyd edib ki, burada "fankın yüngülliyi tünd elektronika ilə kəskin və narahatedici şəkildə ziddiyyət təşkil edir". Kompozisiya reytinqdə ikinci yeri tutub.
İlk üçlüyü 24 yaşlı amerikalı musiqiçi Stiv Leysinin “Bad Habit” mahnısı qapayıb.
Amerika pop müğənnisi Teylor Sviftin "Karma" və ispan müğənni Rosaliyanın "Despecha" mahnısı müvafiq olaraq dördüncü və beşinci yerləri tutub.
Buraxılış siyahısına Harry Styles, Blackpink, FKA Twigs, Lizzo, The Weeknd, Camila Cabello, The 1975, Florence and the Machine və digər istedadlı sənətçilərin mahnıları daxildir.


Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya