22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Nişanlılıq dövrünü keçmişəm, kim deyirsə, əli əlimə dəyməyib, boş söhbətdir"
Tarix: 23-01-2022 22:06 | Bölmə: Mədəniyyət



ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aktrisa Pərvin Abıyeva olub.
Məşhur aktrisa keçmiş nişanlısı haqqında maraqlı açıqlamalar edib:
"Ailəm erkən yaşda ailə qurmağımı istəyirdim. Anam təkid etdi. Xəstə ruhlu insan idi. Yaşına qədər yalan danışmışdı. Bir gün onun yalanları üzə çıxandan sonra anam dedi ki, istəmirəm ailə qurasız. Bu dəfə də mən tərslik etdim. Dedim, ayrılmıram. Sonra qara günlərim başladı. Manyak idi. 3 il məni şantaj etdi. Qorxurdum ailəm onun dediklərinə inanar. Nevroz xəstəliyi tapdım. Travmalar yaşadım. Mən də nişanlılıq dövrünü keçmişəm. Kim deyirsə, əli əlimə dəyməyib, boş söhbətdir. Məni ailəmlə hədələyirdi, qorxurdum. İşə girdim. Özümə telefon aldım. Onun bilməyini istəmirdim. Yolda telefonla danışdığım yerdə gəlib telefonu əlimdən alıb qaçırdı. İş yerimə gəlib, şantaj edirdi. Qışqırırdım, özümü yerə çırpırdım. Evdəkilər işə gedirdi. Tək qalırdım. Səhər onlar işə gedəndən sonra gəlib ev telefonunu xəttini ayırırdı. Qapını üstümə bağlayıb gedirdi. Evdəkilər gəlməzdən əvvəl də gəlib açıb gediridi. 58 kilodan 47 kiloya düşdüm. Həkimə getdim. Nə müalicə etsəm xeyri olmurdu. Məni atamla hədələyirdi. Qohumlarımla görüşürdü, iş yerimdə mənə böyük problemlər yaratdı. Bir dəfə bir qohumumuzun evinə getdi. Ona dedilər ki, bu qızı bir də narahat etsən, sənə ətək geyindirib şəhərdə gəzdirərik. Mənə dedi ki, daha səni narahat etməyəcəm. Həbsə düşdü. Sonradan bildik ki, başına oyun açdığı tək mən deyilmişəm. Rusiyada həbs həyatı yaşadı. Azərbaycana gəldi, evləndi. Bir gün onun xanımı məndən kömək istədi. Külqabı ilə başını yarmışdı. Ona dedim ki, sənin yaşadıqlarının hamısını yaşamışam. Polisə get, şikayət et. Mən sənin arxanda dayanaram. Amma qız bu qədər şeydən sonra onunla evləndi. Bir oğlu da var".










Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər