Bütün xəbərlər
Hulusi Akar konsert gəlirlərini orduya bağışlayan Haluk Leventlə görüşdü - Foto
Tarix: 13-01-2022 22:59 | Bölmə: Mədəniyyət

                  Hulusi Akar konsert gəlirlərini orduya bağışlayan Haluk Leventlə görüşdü



Məşhur türkiyəli müğənni Haluk Levent Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, nazir müğənnini Mehmetçik Vəqfinə 150 min TL ianə etməsi münasibətilə qəbul edib.
Nazir həssasiyyəti və dəstəyi üçün müğənniyə təşəkkür edib, Haluk Levent isə bundan sonra nazirliyin fəaliyyətlərində yer almaqdan məmnunluq duyacağını bildirib.
Müğənni hərbi xidmətdə olarkən briqada komandiri olduğunu xatırladıb, nazirlə keçmiş günləri yad edib.
Qeyd edək ki, müğənni bir müddət əvvəl Rus Qızılordu ansamblı ilə 15 konsertlik Anadolu turu gerçəkləşdirmişdi. O, konsertlərdən gələn gəlirin yarısını özünün yaratdığı AHBAP xeyriyyə fonduna, yarısını isə orduya bağışlayacağını açıqlamışdı.





Baxış sayı: 392


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya