Bütün xəbərlər
Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif etdi
Tarix: 27-02-2020 15:22 | Bölmə: Manşet

                 Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev   Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilsinlər:
Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant
Xəlilov Əsgər Sabir oğlu – general-leytenant
Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.


Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər