20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
"Politico": Trampın oğlu biznesləri Ağ Evə bağlamaq üçün şəxsi klub yaratmaq istəyir
Tarix: 27-04-2025 22:27 | Bölmə: Karusel

ABŞ prezidentinin oğlu kiçik Donald Tramp iri investorlarla birlikdə iş adamlarını Ağ Evlə əlaqəni təmin etməli olan qapalı klub yaratmaq istəyir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Jurnalistlər qeyd ediblər ki, kluba iş adamları və texnologiya sektorunun nümayəndələri daxil ola biləcək. Klubun məqsədi üzvlərə ABŞ prezident administrasiyası ilə birbaşa əlaqə saxlamaq və onunla əlaqələri inkişaf etdirmək imkanı verən ən elitar birliyi yaratmaqdır.Kluba giriş yalnız 500.000 dollardan çox ödəniş etdikdən sonra dəvətlə olacaq.
Klubun təsisçiləri kiçik Donald Trampla birlikdə bankir Omid Malik, naşir Kris Buskirk və Trampın xüsusi elçisi Steven Vitkoffun oğulları Aleks və Zak olacaq. Klub “İcra Hakimiyyəti” adlanacaq və Vaşinqtonun tarixi Corctaun məhəlləsində yerləşəcək.
"Politico" daha əvvəl ABŞ avtomobil istehsalçıları və pərakəndə satıcılarının Donald Trump Sr-in Çindən idxala tətbiq etdiyi tariflərdən azad olmaq səyləri haqqında məlumat vermişdi. Jurnalistlər qeyd ediblər ki, iş adamları ilə Tramp administrasiyası arasında birbaşa təmaslar olmadan onların səyləri nəticəsiz qalır.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər