Bütün xəbərlər
Səhiyyə nazirinin müavini dəfn müdirlərindən rüşvət aldığı üçün saxlanılıb
Tarix: 08-02-2025 11:22 | Bölmə: Karusel

Rusiya İstintaq Komitəsi və FSB xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinən Udmurtiyanın səhiyyə nazirinin müavinini saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin regional qərargahından verilən məlumata görə, cinayət gələcək nazir müavininin 2 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini tutduğu vaxt törədilib.
Müstəntiqlərin fikrincə, 2021-2024-cü illər arasında müttəhim cənazə xidmətləri şirkətindən 1,3 milyon rubl alıb.Bunun müqabilində baş həkim mərhumların cənazələrinin daşınması üçün dəfn müdirləri ilə xəstəxana arasında müqavilənin bağlanmasına şərait yaradıb.
Məqsəd insanların ölümləri barədə məlumat əldə etmək və mərhumun yaxınları ilə dəfn mərasimlərinin təşkili ilə bağlı müqavilələr bağlamaq olub.
“Xüsusilə külli miqdarda törədilən rüşvətxorluqda vasitəçilik faktı üzrə təqsirləndirilən şəxsin tanışı olan 59 yaşlı vasitəçi barəsində də cinayət işi açılıb”, - məlumatda deyilir.
Məmura və vasitəçiyə qarşı ittiham irəli sürülüb, İstintaq Komitəsi onların həbsi ilə bağlı məhkəməyə vəsatət verib.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər