Bütün xəbərlər
Hərbi komissarlığı yandıranlara hökm oxunub
Tarix: 15-10-2024 13:37 | Bölmə: Karusel

Perm şəhərinin iki sakini Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorizm, o cümlədən terrorçu birlik təşkil etmək və orada iştirak etmək maddələri ilə təqsirli bilinib. Onlar 10 və 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya FSB-nin Perm ərazisi üzrə departamentinin məlumatına görə, müttəhimlər “Ukrayna ərazisində yerləşən və Ukrayna Təhlükəsizlik Xidmətinə yardım edən şəxsin göstərişi ilə” hərəkət ediblər.
Onlar Perm şəhərinin Kirov rayonunun hərbi komissarlığını yandırıblar, həmçinin Sverdlovsk dəmir yolunun obyektləri haqqında məlumatları toplayıb xarici kəşfiyyat orqanlarına ötürüblər.
“İnterfaks” FSB-nin regional idarəsinə istinadən xəbər verir ki, cinayəti törədənlər ilk üç ilini həbsdə, qalan müddətini isə ciddi rejimli koloniyada çəkəcəklər.
Bu gün səhər saatlarında FSB-nin Ukrayna kəşfiyyatına işləyən Pskov vilayətinin sakinini saxlaması barədə məlumat yayılıb.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər