14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Yakutiyada meşə yanğınlarının sahəsi 703 min hektardan çoxdur
Tarix: 23-07-2024 10:19 | Bölmə: Karusel

Son 24 saat ərzində yanğınsöndürənlər Yakutiyada 19 meşə yanğınını aradan qaldırmağa və lokallaşdırmağa nail olublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Respublika ərazisində 75 təbii yanğın baş verib ki, onların ümumi sahəsi 703 min hektardan artıq ərazini əhatə edib”, - Yakutiya Fövqəladə Hallar Nazirliyi bildirir.
Qeyd olunur ki, gün ərzində 40 min hektardan çox sahədə 13 yanğın söndürülüb, 15 min hektara yaxın sahədə 6 yanğın lokallaşdırılıb.
Meşə yanğınlarının söndürülməsinə 1600 nəfər və 137 texnika cəlb olunub.
Bundan əvvəl Yakutiya tayqasında itən yanğınsöndürən 10 gün sonra sağ tapılmışdı.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər