Bütün xəbərlər
Kareliyada dəniz təyyarəsi sərt eniş edib
Tarix: 04-07-2024 23:41 | Bölmə: Karusel

Hidroplan Kareliyada Vallas gölünə sərt eniş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində iki nəfər olub, lakin onlar xəsarət almayıb.
TASS agentliyinin məlumatına görə, "Borey" adlı yüngül hidroplan Moskva vaxtı ilə saat 16:30 radələrində gölə enib. Ona kömək etmək üçün Petrozavodsk axtarış-xilasetmə bazasının mütəxəssislərinin olduğu "Mi-8T" helikopteri çıxıb.
Saat 19:50-də təyyarənin heyəti Petrozavodska çatdırılıb. Pilot və sərnişin tibbi yardımdan imtina ediblər.
Şimal-Qərb Nəqliyyat Prokurorluğu sərt enişlə bağlı araşdırma təşkil edib - o, insidentin baş vermə şəraitini müəyyən edəcək və uçuş təhlükəsizliyi qanunvericiliyinə riayət olunmasını qiymətləndirəcək.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər