Bütün xəbərlər
Aİ Rusiyanın aktivlərindən 1,4 milyard avro gəlirin Ukraynaya transferini təsdiqləyib
Tarix: 24-06-2024 23:03 | Bölmə: Karusel

Aİ Rusiyanın aktivlərindən 1,4 milyard avro gəlirin Ukraynaya köçürülməsi qərarını təsdiqləyib. Bu barədə Avropa diplomatiyasının rəhbəri Cosep Borrell bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Borrelin sözlərinə görə, gələn ay Ukraynaya 1,4 milyard avro köçürüləcək.Yaxın aylarda daha bir milyard transfer ediləcək.
Daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, Aİ Budapeştin rəyindən yan keçərək dondurulmuş aktivlərdən əldə edilən gəlirləri yönəltməyə qərar verib. Nazir hadisəni Avropa İttifaqının qırmızı xətlərinin və qaydalarının görünməmiş və həyasızcasına pozulması adlandırıb.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər